• 27 Dekabr 2024

Qəbr ziyarəti

QƏBR ZİYARƏTİ

Möhtərəm möminlər, Peyğəmbərimiz (səs) hələ tövhid inancının tam olaraq oturmadığı və qəbirlərə səcdə edildiyi, onlarla öyünmə və bütə sitayiş kimi cahiliyyə adətlərinin davam etdiyi dövrdə, qəbir ziyarətini müvəqqəti olaraq qadağan etmişdir. Əvvəllər yəhudilər və xristianlar, əziz saydıqları insanların qəbirlərini ibadət yeri etmişdilər. Bütpərəstlik də tanınmış şəxslərin məzarlarına və heykəllərinə ehtiram ilə başlamış, nəticədə bu ehtiram bütlərə ibadətə çevrilmişdir. İslam dininin qayəsi isə  tövhid əqidəsini qəlblərə yerləşdirmək idi. Bu məqsədə çatdıqdan sonra qəbir ziyarətini sərbəst etmiş və:

“Sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz!”– buyurmuşdur.[1]

“Qəbir ziyarəti etmək istəyən ziyarət etsin. Çünki qəbir ziyarəti bizə axirəti xatırladır.!”[2] buyuraraq  bu ziyarətlərdən əsas məqsədin, axirəti xatırlamaq olduğunu bildirmişdir.

Qəbirləri ziyarət etmək kişilər üçün müstəhab, qadınlar üçün caiz görülmüşdür. Qadınların qəbir ziyarətini caiz görməyən alimlər olduğu kimi müəyyən şərtlər altında caiz görən alimlər də vardır. Qadınların, üz-gözünü yolmamaq, özünə və ya başqalarına bəd dua etməmək, çığır bağır salmamaq şərti ilə qəbir ziyarəti caizdir. Çünki, Peyğəmbər (səs), uşağının qəbiri başında ağlayan bir qadına səbirli olmağı tövsiyə etmiş, onun ziyarət etməsini qadağan etməmişdir.[3] Digər yandan Həzrəti Aişənin də qardaşı Abdurrahman bin Əbubəkrin qəbrini ziyarət etdiyi rəvayət edilmişdir.[4]

Əziz möminlər, Həzrəti Əli (r.a.) qəbrləri ziyarət etdiyində, axirət haqqındakı qayğısını (təlaşını) belə ifadə etmişdir:

Mal-mülkünüz bölüşdürülüb bitdi. Xanımlarınızı başqaları nikah etdi. Bunlar hələ bizim gördüklərimiz. Ah! Kaş bir də sizin başınıza gələnlərdən xəbər tutsaydıq! Allaha and içirəm ki, onlara danışmağa icazə verilsəydi, “Ən xeyirli azuqə Allah qorxusudur.”[5]deyərdilər.

Qəbir ziyarəti, insana ölümü və axirəti xatırladır. Ölümü düşünən insanın dünyaya olan hərisliyi azalar, haramları tərk edərək xeyirli işlər görməyə çalışar və axirət üçün hazırlıq görməyə daha çox əhəmiyyət verər.

Vəfat edən şəxsin adına edilən xeyir və yaxşılıqların savabının onlara çatacağı səhih hədislərlə və icma ilə qəbul edilmişdir.[6] Bu haqda zikr edilən hədisi-şəriflərdən biri belədir. İbn Abbas (r.a.) rəvayət edir:  “Səhabələrdən Sad bin Ubadənin (r.a.) anası vəfat etmişdi. Həzrəti Peyğəmbərin (səs) yanına gələrək: -Ey Allahın Rəsulu Yanında olmadığım vaxt anam vəvat etdi. Onun adından sədəqə versəm ona bir faydası toxunarmı?-deyə soruşdu.” Allah Rəsulu (səs)-: “-Bəli!”- buyurunca, Sad (r.a.): -Ey Allahın Rəsulu! Siz də şahid olun ki, meyvə bağımı anamın adından sədəqə verirəm, dedi.”[7]

Cənazə mərasimlərinə və qəbirlərə gül çələngi aparmaq dinimizdə olmayan bir davranışdır. Xaç şəklində düzəldilən qədim yunan və xristian aləminin dini bir simvolu olan çələng, ölüyə bir fayda verməməklə yanaşı, qeyri müsəlmanlara bənzəməyin bir nümunəsidir. Peyğəmbərimiz isə (səs) başqa din mənsublarına bənzəməyi qadağan etmişdir. Digər bir xüsus da çələng düzəltdirərkən edilən israfdır. Bir çələng üçün böyük məbləğdə pul xərcləməklə yanaşı, bir çox çiçək də məhv edilir. Bir şairin dediyi kimi:

Bir gül, budağında duruduğu müddətçə təzədir.

Bir gül, çələngə girdiyi gün bir cənazədir.

Qəbir ziyarətinə gələn şəxs üzünü qəbirlərə tutaraq Həzrəti Peyğəmbərimizin (səs) öyrətdiyi kimi belə salam verməlidir: “Salam olsun sizə, ey möminlər diyarının  sakinləri! İnşallah yaxında biz də sizin yanınıza gələcəyik. Allahın bizi və sizi bağışlamasını azru edirəm.”[8]

-Qəbir ziyarəti zamanı namaz qılaraq oraların məscid halına gətirilməsi də dinimizə görə xoş qarşılanmayan bir davranışdır. Həmçinin qəbirə tərəf namaz qılmaq da ən azından  məkruhdur. Bundan əlavə qəbirlərin üstündə şam yandırmaq və  oturmaq da caiz deyildir.

Qəbir yanında qurban kəsmək Allah rizası üçün olsa belə məkruhdur. O ki qaldı ölünün rizasını qazanmaq və onun köməyini əldə etmək məqsədi ilə kəsilməsi qəti şəkildə haramdır. Çünki qurban kəsmək ibadətdir. İbadət isə yalnız Allaha məxsusdur.

-Qəbirlər, Kəbə təvaf edidiyi kimi ətrafına dolanıb təvaf edilməz. Ölülərdən kömək istəmək və buna görə qəbir  daşlarına əsgi və ya dəsmal kimi şeylərin bağlanmasının insana heç bir faydası yoxdur. Qəbirdəki insanın başqasına şəxsən  fayda verməyə və ya bir zərərin qarşısını almağa gücü çatmaz.

Əziz müsəlmanlar, Xütbəmi Həşr surəsi 10-cu ayə ilə yekunlaşdırıram: “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”

23 Dekabr 2011/ 27 Məhərrəm 1433

Qebir_ziyareti

Qebir_ziyareti Qebir_ziyareti Qebir ziyareti

 


[1] Müslim, Cənaiz, 106

[2] Tirmizi, Cənaiz, 60

[3] Buxari, Cənaiz, 7; Müslim, Cənaiz, 15

[4] Tirmizi, Cənaiz, 61

[5] əl-Bəqərə 2/197 İbn Abdurabih, əl-İqdu-l-fərid, III, 236-237

[6] İbn Hənbəl, II, 509; VI, 252

[7] Buxari, Vəsayə, 15

[8] Müslim, Təharət, 39; Cənaiz, 104

Read Previous

Niyə duadan sonra əllər üzə çəkilər?

Read Next

Hacerü’l-Esved’in xüsusiyyəti nədir və tarixi necədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.