• 25 Dekabr 2024

Qədr gecəsinə aid ayət və hədislər

kadir1Min aydan daha xeyirli olduğu bildirilən Qədr Gecəsi, Quranın Allahu təala tərəfindən Cəbrayıl Əleyhissalam vasitəsilə Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd (səv)-ə göndərilməyə başlandığı gecədir. Quranı Kərimdə Qədr gecəsi ilə əlaqədar ayət və hədisləri sizlər üçün bir araya gətirdik.
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)”(Qədr surəsi, 1-5)
“Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!” (Duxan surəsi, 3)
“Qədr gecəsini, fəzilət və müqəddəsliyinə inanaraq və savabını yalnız Allahdan gözləyərək ibadət və itaətlə keçirən kimsənin, qul haqqı xaric keçmiş günahları bağışlanar.” (Müslim, Müsafirin, 175)
Aişə (ra), Peyğəmbər Əfəndimizə: “-Ey Allahın Rəsulu! Qədr Gecəsinin hansı gecə olduğunu biləcək olsam, o gecə necə dua edim? “Deyə soruşmuş, Fəxri-i Kainat Əfəndimiz də:

اللهم إنك عفو تحب العفو فاعف عني

“Allahım! Sən çox bağışlayansan, bağışlamağı sevirsən. Məni bağışla!” Deyə dua et!” Buyurmuşdur. (Tirmizi, Dəavat, 84)
“Qədr gecəsi ilə əlaqədar yuxularınızın, Ramazanın son yeddi gecəsi üzərində toplandığını görürəm. O halda Qədr gecəsini axtaran onu Ramazanın son yeddi gecəsində axtarsın! “(Buxari, Ləylətül qədr 2)
“Qədr gecəsini ramazanın son on günü içində axtarın!” (Buxari, Ləylətül qədr 3)
“Qədr gecəsini ramazanın son on günündəki tək gecələrdə axtarın!” (Buxari, Ləylətül qədr 3)
Aişə radıyallahu anha belə buyurdu: Ramazan ayının son on günü girəndə Rəsulullah sallallahu əleyhi və səlləm gecələri əhya edər, ev xalqını oyandırar, ciddiliklə ibadətə sarılar və yoldaşlarıyla əlaqəni kəsərdi. (Buxari, Ləylətül qədr 5)
Aişə radıyallahu anha dan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm, ramazanda digər aylardan daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də ramazanın o biri günlərindən daha çox ibadət edərdi. (Müslim, İtikaf 8)

Mənbə:islamveihsan.com

Read Previous

“Nə tökərsən aşına o da cıxar qarşına”

Read Next

İyul 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.