İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar zamanı mülki şəxslər qətl edilməkdədir.
Ölənlər arasında azyaşlı uşaqlar da az deyil. Son bir həftə ərzində 20-yə yaxın azyaşlı öldürülüb.
Fələstinli həkim xəstəxanaya gətirilən azyaşlı uşağın cansız bədənini əlində tutub dünyaya üsyan etdi. Ey dünya, bu uşağa yaxşı baxın… Bu uşağın sizə necə ziyanı dəyə bilərdi? O, sizə nə edə bilərdi? Bu uşaq nə cinayət törətdi ki, bombalanıb? Sizin ürəyiniz yoxmu? Sizin uşağınız yoxmu? Sizin qadınlarınız yoxmu? Ey insanlıq! Qəzzadakı gerçəyi görün
mənbə:
xezerxeber.com