• 22 Noyabr 2024

Qiyamət günü ailəmizdən ayrı düşməmək üçün…

kiyamette_aileden_ayri_kalmak2Bu dünyada ata-ana, övladlar, dost tanış, qohum əqraba, hamı bir-biri ilə birlikdə həyat sürməkdədir. Lakin axirətdə bir “yevmu’l-fasl” yəni bir “ayrılıq günü” olacaqdır.
Cənabi Haqq Qurani Kərimdə o böyük yol ayrımını bu şəkildə xəbər verir. Cənnət əhlinə:
“Onlara mərhəmətli Rəbbin söylədiyi salam vardır.” (Yasin, 58) buyurur. Razı olduğu qullarını, böyük bir ikram və nəzakətlə Cənnətinə dəvət edir. Lakin eyni sülalədən gələn, eyni cəmiyyətdən olan günahkara isə CənabiHaqq:
“Ey günahkarlar! Ayrılın bu gün! “(Yasin, 59) buyuracaq. Dünyadakı bərabərlik, orada son tapacaq. Onlara Cəhənnəm istiqaməti göstəriləcək.
Orada nə qədər ər-arvad bir-birindən ayrı düşəcək. Nice övladla ana-ata fərqli yollara gedəcək. Dünyada birlikdə yaşayan qohumların bir qisimi bir tərəfə, bir qismi digər tərəfə ayrılacaq. Çox qəmli bir gün olacaq!
O gün qəmli olmamaq üçün, bu gün həm öz istiqamətimizə diqqət etməli, həm də xüsusilə bizlərə canımızdan daha yaxın olan övladlarımızı Allahın bir əmanəti bilib kiçik yaşlarından etibarən onların mənəvi tərbiyələriylə məşğul olmalıyıq.
“Quran-ı Kərim oxuyan uşaqların ana və atasının başına qiyamət günü nurdan taclar qoyarlar. Nurdan paltarlar geyindirər və onları cənnət buraklarına mindirirlər. Mələklər ətraflarında dolaşır və onları cənnət tərəfinə göndərirlər. Belə nida edilir:
«Bunlar, dünyada uşaqlarına Quran-ı Kərim oxumağı öyrədən və öyrənmələrinə səy edən ana və atalardır.» “(Əbu Davud, I. 355)
Övlada qarşı fitrətdə mevcud olan məhəbbət təmayülünün səbəbiylədir ki, hər kəs övlad sahibi olmağı arzu edir. Ancaq övlada gözəl bir istiqamət verməkdəki məsuliyyət layiqincə düşünüləbilsəydi, ürpərip titrəməyəcək bir insan təsəvvür oluna bilməzdi. Əksinə, övlada gözəl bir istiqamət verməkdəki müvəffəqiyyət, insanın yaradılış səbəbi olan “Rəbbini tanıyıb ibadətlərlə Onu tekrim etmək” məqsədinə yönəlmiş olduğundan insan üçün qiymətsiz bir qazanc mənbəyidir. Uşaqları dolandırmaq və onların mənəvi tərbiyələri xüsusunda çəkilmiş ağır məşəqqətlər, ana-atanın günahlarına kefaret təşkil edəcək bir hasənat səbəbidir. Sədəqə verməkdən də üstündür. Yetişdirilən o saleh və sadiq uşaq axirətdə valideyn ilə cəhənnəm arasında pərdə olacaqdır.
Nəsillərini mühafizə duyğusu içində çırpınan bitkilər və heyvanlar qarşısında, kainatın ən yüksək varlığı olan insanların, nəsillərini mənəvi duyğu və Quran nurundan biganə yetişdirmələri çox acıdır. Ana və atanın vəzifələri, onları lüzumundan çox yedirmək içirmək kimi bədən qidaları ilə ifrata çatacaq şəkildə gıdalandırmak deyil, ruhi qidalarla, ruhi sevinclərlə gələcəyə hazırlamaqdır.
Bir uşağın qəlbinə, Allah Təalanın və Peyğəmbər Əfəndimizin məhəbbəti yaxşıca yerləşdirilməzsə, o uşaq, surətli şəkildə, yəni adət yerini tapsın deyə istəksiz, sönük bir halda dini vəzifələrini ifa edər. Hətta davamlı qılması lazım gələn namazını belə ara sıra qılar, davamlı qıla bilməz. İbadətin zövq və ləzzətini dadmaqdan məhrum qalar.
Onları, Quran və sünnə tərbiyəsində yetişdirmək sevgi və mərhəmətin gərəyidir. Laqeydlik isə zulmetdir. Onları evləndirərkən də dünyəvi nemətlərdən əlavə iman və gözəl əxlaq nurlarını gözətmeliyik. Çünki dini və əxlaqi duyğularla bəslənməyən ailə yuvalarının sonu, ya ayrılıq, ya da məzara qədər davam edən izdirab dolu bir həyat olur.
Uşaqlarımızı lazımsız gəzinti və israflardan, evə gec gəlmələrdən əxlaq pozucu media təsirlərindən qorumalı, ruhlarını Allahu təalanın, Quranın, Evliyaullahın, salehlər və sadiqlərin sevgisiylə doldurmalıyıq ki, qəlbləri zülmətdən qorunsun, nurani şebnemlerle əhya olsun.
Məsum könüllər, Allah təalanın və Rəsulullah (səv) əfəndimizin məhəbbət və ruhaniyyəti ilə dolduğu zaman ibadətlər də şövq və xüşu halıyla kamala doğru məsafə alır. Qəlblərindəki imanları qüvvətləndiyi üçün könül dünyaları zənginləşir. Qurani Kərimi tam fərqli bir ləzzət ilə tilavət edərlər. Əmir və qadağalarına qarşı diqqətli olurlar. Quran və Rəsulullah əxlaqı ilə əxlaqlanırlar.

Mənbə:islamveihsan.com

Read Previous

NƏFSİN YEDDİ MƏRHƏLƏSİ

Read Next

Quran-i Kərimdə hansı möcüzələrdən söz edilməkdədir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.