• 10 Dekabr 2024

Qoyun çobanının təqva həssaslığı

coban2Abdullah ibn-i Ömər, yoldaşlarıyla birlikdə Mədinə ətrafında bir yerə çıxmışdı.
Onun üçün bir süfrə qurdular. Bu sırada yanlarına bir qoyun çobanı gəldi və salam verdi.
İbn-i Ömər: “-Gel ey çoban, süfrəyə buyur.” Dedi. Çoban:
“-Mən Orucluyam.” Cavabını verdi. İbn-i Ömər:
“-Bu Şiddətli istidə oruc mu tutursan, bir də bu halda qoyun güdürsən?” Dedi. Daha sonra çobanın mənəvi halını anlamaq üçün:
“-Bu Sürüdən bizə bir qoyun satsan, pulunu sənə ödəsək, ətindən də iftar edəcəyin qədərini sənə versək olmaz mı?” Təklifində bulundu. Çoban:
“-Sürü Mənim deyil, bu qoyunlar əfəndimindir.” Cavabını verdi. İbn-i Ömər yenə çobanı sınamaq üçün:
“-İtirdim Deyərsən, əfəndin haradan biləcək ki?” Deyincə, çoban ondan üzünü çevirdi və barmağını səmaya qaldıraraq:
“Allah harada?!” dedi. İbn-i Ömər, çobanın bu təqva və ehsan şüurundan çox duyğulandı. Bu düşüncələr içində, bir müddət öz-özünə;
“Çoban dedi ki: Allah harada? Çoban dedi ki: Allah harada? “Deyə təkrarladı. Mədinəyə çatdığında da, ilk iş olaraq çobanın ağasına bir elçi göndərib sürünü və çobanı satın aldı. Çobanı azad etdikdən sonra sürünü də ona bağışladı. (İbn-i Əsir, Üsdü’lsGâbe, III, 341)
Cənabi-ı Haqqı davamlı zikredərək Onun hər an özüylə birlikdə, hətta özünə şah damarından daha yaxın olduğunu bilən bir adam, Allahın razı olmayacağı bir iş edə bilməz. Bəli bu idrak və şüurun zirvəsində də Peyğəmbər Əfəndimiz (səv) var. O belə buyururdu:
“Qul, şübhəli şeylərə düşmə narahatlığıyla zərəri olmayan bəzi şeyləri (haram mı halal mi olduğu tam olaraq bilinməyən şübhəli şeyləri) də tərk etmədikcə gerçək Müttəqilərə dərəcəsinə çata bilməz.” (Tirmizi, Qiyamə, 19/2451; İbn-i Macə, Zühd, 24)

Mənbə:İslamveihsan.com

Read Previous

İslamda qonşu haqqı

Read Next

İnsan və Quranın söhbəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.