• 24 Dekabr 2024

Qurani-Kərimdə rəqəmlərin möcüzəsi

Qurani-Kərimdə rəqəmlərin möcüzəsi

Allah-tala Qurani-Kərimdə buyurmaqdadır: «De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» (İsra 88)  Qurani-Kərim qeybi bilən, var olan və var olacaq insanların halını bilən Xaliq və Alim olan Allahın Kitabıdır.

Qurani-Kərim qeybi bilən, var olan və var olacaq insanların halını bilən Xaliq və Alim olan Allahın Kitabıdır. Allah qiyamət gününə qədər öz möcüzələrini insanlara göstərməkdə davam edəcəkdir. İnsanlar hər gün Onun yeni bir möcüzəsini kəşf etməkdədirlər. Bunlardan biri də Qurani-Kərimdəki ədədi dəqiqlikdir. Bu möcüzə də digərləri kimi Peyğəmbərin (s) doğruluğuna və bu Kitabın Allah tərəfindən nazil edilməsinə dəlalət etməkdədir. Həqiqətən Quranda rəqəmlərin möcüzəsi qeyri-adi və ecazkardır. Artıq bir çox müsəlman alimləri bu möcüzəni ən müasir hesablama texnologiyaları və kompüterlərlə öyrənməyə başlamışlar.
Qurani-Kərimdə rəqəmlərin ecazkarlığı ap-açıqdır. Normal insan ağlının bunu inkar etməsi imkansızdır. Bu bir daha Allah-talanın bu kəlamını təsdiq etməkdədir: “Əlif, Lam, Ra! Bu, ayələri himmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ” (Hud 1)
Heç şübhəsiz Qurani-Kərim Allahın göndərdiyi kitab olaraq təhriflərsiz və üzərinə artırılıb əskildilmədən günümüzə gəlib çatmışdır. Bir hərfin belə əlavə edilməsi və ya əskildilməsi bu Kitabda sizin nəzərinizə çatdıracağımız rəqəm nizamını pozardı. Bir məsələni də nəzərinizə çatdıraq ki, Qurandakı rəqəm möcüzəsinin hesablama maşınlarının icadından sonra bilinməsi şübhəsiz ki, Allahın istəyi ilə olmuşdur. Allah-tala buyurmaqdadır: “Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.”(Fussilət 53)

İndi isə Qurandan bəzi hesabları nəzərinizə çatdıraq:
Quranda antonim (bir-birinin əksi) sözlərin və ya mənaca bir-birini tamamlayan sözlərin eyni sayda təkrarlanması
“Həyat” sözü, 145 dəfə = “ölüm” sözü, 145 dəfə
“saleh əməllər” 167 dəfə = “pis əməllər” 167 dəfə
“mələklər” 88 dəfə = “şeytan” 88 dəfə
“Məhəbbət” 83 dəfə = “itaət” 83 dəfə
“Hüda” 79 dəfə = “Rəhmət” 79 dəfə
“Şiddət” (çətinlik mənasında) 102 dəfə = “Səbr” 102 dəfə
“Səlam” 50 dəfə = “Tayibbət” 50 dəfə
“Cəhr” (aşkar) 16 dəfə = “əlaniyyə” (açıq-aşkar) 16 dəfə
“Iblis” 11 dəfə = “İstiazə” (Allaha sığınma) 11 dəfə
“Qul” (de) 332 = “Qalu” (dedilər) 332 dəfə
Digər mənaca bir-birini tamamlayan sözlərin bir-biri ilə riyazi əlaqəsi
“Rəhman” 57 dəfə = “Rəhim” 114 dəfə, yəni iki dəfə artıq
“Cəza” (əvəz) 117 dəfə = “Məğfirət” 234 dəfə
“Füccar” (pis əməl sahibləri) 3 dəfə « “Əbrar” (salehlər) 6 dəfə
“əl-Usr” (çətinlik) 12 dəfə = “əI-Yusr” ( asanlıq ) 36 dəfə, yəni üç dəfə artıq
Bundan başqa Qurandakı digər kəlmələrdə də ədədi nizamını görmək mümkündür. Əgər الدنيا (əd-dünya) kəlməsinin hərflərinin sayına nəzər salsaq görərik ki, ərəbcə altı hərfdən ibarətdir. Allah-tala da dünyanın ünsürləri olan yeri və göyü altı gündə yaratdığını bildirməkdədir: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü aمtına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır.” (Əraf 54)
Burada göründüyü kimi الدنيا  (əd-dünya) kəlməsi altı hərfdən olduğu kimi, dünya da altı mərhələdə də yaradılmışdır. Həmçinin الانسان (əl-insan) kəlməsi də yeddi hərfdən ibarətdir və yeddi mərhələdə yaradılmışdır. Necə ki, Qurani-Kərimdə buyurulmuşdur: “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-14) Bu ayədə insanın yeddi yaradılış mərhələsi açıqca bildirilməkdədir.
Qurani-Kərimdə rəqəmlərin ilahi nizamına işarət edən başqa dəlillər də vardır. Biz sadəcə imkanımız çatdığı qədərini burada qeyd etdik. Bütün bunları Qurani-Kərimdəki ədədi nizamın Allahın bir ecazı olduğunu nəzərlərinizə çatdırmaq üçün bildirməkdəyik. Qəti olaraq bu kimi məsələlərdən hansısa rəqəmin müqəddəsliyi, və ya hansısa rəqəmi Allahın sevmədiyi kimi yanlış hökmlər çıxarılmamalıdır. Rəqəmlər də Allahın digər ayələri kimi onun varlığı və birliyini isbat edən dəlillərindən  bir dəlildir.

Read Previous

Zəm-zəm quyusunun sirləri

Read Next

Osman Nuri Topbaş Kimdir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.