• 26 Dekabr 2024

Qurban pulunu sədəqə vermək

Qurban, digər ibadətlərdə olduğu kimi, şərtləri və məqsədlərinə müvafiq olaraq qurbanlıq bir heyvanın, üsuluna uyğun kəsilməsi ilə yerinə yetirilən vacib və ya sünnə bir ibadətdir. Heyvanın qiymətini yoxsula verərək buna nail olmaq olmaz. Əgər verilsə belə bu, bir səqədə mahiyyətində olar.

Qurbanın hikmətlərindən biri də sayı hesabı olmayan nemətlərə qarşı Allaha şükr etmək və günahların bağışlanmasını diləməkdir. Eyni zamanda qurbanın kəsilməsi ilə həm kəsən ailə, həm də yoxsullar əsas tələbat malını əldə etmiş olar. Qurbanın bu funksiyasını ancaq qurbanlıq heyvanı kəsməklə təmin etmək olar və başqa heç bir şey bunu əvəz edə bilməz. Necə ki, fitvaya görə, zənginin satın aldığı heyvan ölsə, ya da itsə əvəzində başqa bir heyvan alıb kəsməsi lazımdır.

Read Previous

QURBAN VƏ ONUN HİKMƏTİ

Read Next

Avqust 2020