Sual:
Qurumuş nəcasətin paltara toxunması ilə paltar çirklənmiş olarmı?
Cavab:
Namazın səhih olması üçün bədənin, paltarın və namaz qılınacaq yerin təmiz olması lazımdır. Nəcasət istər yaş istər quru olsun, paltara bulaşmış və ya yapışmış olması əsas götürülür. Bu səbəbdən paltarda və ya bədəndə qurumuş pisliyin olması namaza mane olduğundan təmizlənməsi lazımdır. Ancaq nəcasətin paltara iz buraxmaması yalnız toxunmuş olması namaza mane olmaz. Heyvan təzəyi və nəcis kimi qatı bir pislik, ayaqqabıya yapışıb üzərində quruduğu zaman, ayaqqabının yerə sürtülməsiylə təmizləndiyi qəbul edilir. Ancaq imkan varsa yumaq daha yaxşıdır.
Mənbə: TürkiyəDiyanet işləri Tərcümə etdi: C. Cəlalov