• 23 Dekabr 2024

Ramazan Bayramı

      577250_550254981706465_713104052_nƏziz müsəlman qardaşlarım! bayram, sevinc deməkdir. Bayram, əziz gün deməkdir. Bayram, sevinclərin paylandığı, sossial münasibətlərin inkişaf etdiyi şadlıq günüdür. Bayram, iman qardaşlığının həqiqi təzahür səhnələridir. Bayram mənəvi duyğuları hərəkət etdirən bir gündür. Bayram, insanların dostluq və əqrabalıq bağlarını möhkəmləndirən, şəfqət, mərhəmət, vəfa və başqalarının qayğısına qalma duyğularını artıran bir gündür.  

    Əziz qardaşlar, elə isə gəlin biz də bu mübarək günü fürsət bilib kin və həsəd kimi mənfi xususiyyətləri qəlbimizdən atıb çıxaraq. Qardaş kimi yaşayaq. Necə ki, bu barədə Peyğəmbərimiz  (s) belə buyurur:  “Bir- birinizə hədiyyələr verin, bir- birinizi sevin, bir- birinizi mudafiyə edin ki, kin və düşmənçilik hisləri qəlblərinizdən silinsin.” Bu mövzu ilə əlaqəli islamın müqəddəs kitabı Qurani kərimdə isə Uca Allahımız belə buyurur:

    “Allah və onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin çünki Allah səbr edənlərlə bərabərdr.”[1] 

   “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!..”[2]

   “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən kəslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar.”[3]

    “Həqiqətən möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mubahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki bəlkə  rəhm olunasınız.”[4]

    Aləmlərə rəhmət olaraq göndərilən şanlı Peyğəmbərimiz (səs) isə bir neçə Hədisi-Şərifində belə buyurur:

    “Nəfsim əlində olan Allaha and içirəm ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş sayılmazsınız. Sizdən biriniz özü üçün istədiyini qardaşı üçün də istəmədikcə iman etmiş olmaz.”[5]

    “Mömin möminin aynasıdır. Mömin möminin qardaşıdır.”[6]

   “Möminin möminə qarşı (olan vəziyyəti) daşların üst-üstə qoyulmasıyla meydana gələn bir bina kimidir.”[7]

    “İki yanındakı qonşusu ac olduğu halda tox yatan kimsə (kamil) mömin deyildir.”[8] 

    Bu ayə və Hədisi-Şəriflər onu göstərir ki, uca dinimiz İslam, möminlərin bir- birlərini sevməsini, birlik və qardaşlıq duyğuları içərsində yaşamalarını istəməkdədir.

   Möhtərəm möminlər, bütün bunlarla bərabər gəlin bu mübarək gündə, dostlarımızı, doğma və din qardaşlarımızı ziyarət edib onların bayramlarını təbrik edək. Valideynlərimizin könlünü alaq. Kasıb və yoxsulları, yetimləri, ehtiyac sahibi olan hər kəsi imkan daxilində maddi və mənəvi dəstəklə sevindirək. Bir birimizi Allah üçün sevək. Din qardaşlarımızdan küsülü olan varsa barışaq və barışdıraq. Peyğəmbərimizin (səs): “Bir müsəlmanın din qardaşından üç gündən artıq küsülü qalması halal deyildir.” Hədisi-Şərifini heç vaxt unutmayaq. Müsəlman qardaşlarımızın qeybətini etməyək. Onları özlərinin xoşlamadığı müxtəlif adlarla çağırmayaq. Çünki bizim bir adımız var o da müsəlmandır. Bu adı bizə Uca Allah vermişdir. Necə ki, Uca Allah buyurur:

 هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ  O sizə müsəlman adını verdi!..

     Ramazan bayramınız mübarək olsun!

    Uca Allah sizin və bütün dünya müsəlmanlarının Ramazan bayramını xeyirli və mübarək etsin!

   Allah təala bu mübarək gündə  dünyada əziyət çəkən  işgəncə görən haqsızlığa uğraya bütün müsəlmanlara yardım etsin!

   Uca Allah, Suriyada, Misirdə, Əfqanıstanda, İraqda, Arakanda zülmə və haqsızlığa uğrayan müsəlmanlara zəfər nəsib etsin! Onları qorusun! Onlara da bu bayram sevincini yaşatsın! 

   Uca Allah Muhamməd ümmətini bağışlası! Müsəlmanların arasına kin və düşmənçilik salmasın!

   Allah təala vətənimizi, millətimizi, və bütün dünya müsəlmanlarını parçalamaq istəyən qüvvələrə fürsət verməsin! Onları rəzil və rüsvay etsin!

Bir daha bayramınız mübarək olsun!       

 

9 Avqust 2013/ 1 Şəvval 1434

 



[1]Ənfal: 46.

[2]Ali-İmran, 103.

[3]Ali-İmran, 105.

[4] Hucurat: 10.

[5]Müslim, Ə. Davud, Tirmizi, et-Tac, c. 5 , səh. 244. 

[6]Əbu Davud, Ət Tac. C. 5 Səh, 54.

[7]Buxari, Müslim, Riyazussalihin Tərc. c. 1. Səh, 220.

[8]Buxari, Muxtarul Əhadis, Səh, 123.

Read Previous

Ramazan Bayramı Söhbəti

Read Next

Haram və onun hökmü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.