• 10 Dekabr 2024

Şəki Mərkəzi Cümə Məscidinin uğuru

Qafqaz Müsəlmanları İdarəsi Şəki Mərkəzi Cümə Məscidinin müəzzini və imam müavini Tural İxtiyar oğlu Məmmədov 12-20 aprel tarixlərində Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən 61-ci Beynəlxalq Qurani-Kərimi gözəl oxuma dünya yarışmasında Azərbaycan Respublikasını layiqli təmsil edib.

70 ölkənin iştirak etdiyi yarışmada 25 ölkə yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz öz gözəl Quran tilavəti ilə seçilmiş ən güclü 25 ölkə içərisinə daxil olmağa müvəffəq olub. İştirakçılara Malaziya ölkə kralı sarayında rəsmi ziyafət verib.

Xatırladaq ki, Tural Məmmədov 2017 ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Quran müsabiqəsində də Respublikamızı layiqli təmsil etmişdi.

 QMİ-nin Mətbuat Xidməti

Read Previous

Aprel 2019

Read Next

Ramazan 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.