• 22 Dekabr 2024

Şəkidə “Dini radikalizmlə mübarizədə ənənəvi dindarlığın rolu” mövzusunda tədbir keçirilib

foto-12
Dekabrın 22-də Şəki şəhər Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə ənənəvi dindarlığın rolu” mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Şəki şəhərində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, Şəki-Oğuz bölgəsinin qazısı Kamran Məmmədov, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, müəllimlər, habelə Şəki Regional Kollecinin tələbələri iştirak ediblər.
Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov çıxışında dini radikalizm və onun fəsadlarından danışaraq ənənəvi İslam dəyərlərinə toxunub. Şəki-Oğuz bölgəsinin qazısı Kamran Məmmədov qeyd edib ki, dövlətin dinə və dindarlara qayğısı yüksək səviyyədədir. Dini radikalizm inanclı insanları ənənəvi İslam dəyərlərindən uzaqlaşdırmaqla yanaşı, milli-mənəvi dəyərlərimiz üçün də böyük təhlükədir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.

http://scwra.gov.az/vnews/2615/

Read Previous

Qurani Kərimi oxumağın və onunla əməl etməyin əhəmiyyəti

Read Next

Yanvar 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.