• 26 Dekabr 2024

Səfərlərin ən müqəddəsi

images

Niyyət

Gedirsən. Bir ömür boyu bu səfəri gözləmişdin. Bəlkə ürəyini gedənlərlə birlikdə oralara göndərdin, bəlkə ruhunla xəyalınla təvaflar etdin. İndi ayaqlarınla basa basa yola düşdün. Bəlkə daha əvvəl uzun səfərlərə çıxmışdın, bəlkə daha əvvəl də həccə getmişdin. Bilməlisən ki, həcc səfəri digər səfərlərindən fərqlidir və ayrı bir istiqamətdədir. İndi hər gün beş vaxt yönəldiyin qiblənə doğru yönəldin. İndi çoxluqdan birliyə uçursan. İndi özünü kəşfə gedirsən. Çatdığın yerdə özünü yenidən tanıyacaq və kəşf edəcəksən. Daha əvvəl həccə getmiş olsan da, yenə, yenidən yeni həyəcanlar yüklənməlisən. Hər həcc yeganədir, bir dənədir deyilmi? Neçə dəfə gedirsən get, hacı olma həyəcanı həmişə təzədir və həmişə ilk dəfə hacı olmanın həyəcanını daşıyır olmalısan. Yoxsa təkrar getmə ehtiyacını niyə hiss edir olasan ki? Həm sonra bu ilk həccin olmaya bilər amma ya son həccinsə…

Yol

İndi yolçusan. Səfər halı, yaşadığımız həyata daha çox yaxın və yaraşar bir haldır. Hazır sırası gəlmişkən, həyatını və ətrafı bir də yolçu ədasıyla seyr etməyi sına. Ayaqlarının altından dünya torpağı sürüşür məsələn. Vərdiş etdiklərindən uzaqlaşırsan, Ona yaxın olmaq adına. Ölüm də belədir ! Uçarı bir kəpənək həyəcanını yüklənib, gördüyün hər şeyə süni baxışlar atırsan. Hər şey sapından qopur, kökündən ayrılır, qabığından sıyrılır; gün işığı əşyadan rənglərini çəkir. Küçələr və divarlar incəlib əriyir. Dünya torpağına möhkəm basmış ayaqların şirin bir küləyə qarışır.

Yönəliş

İncəcik və iti bir səfər niyyəti hər şeyi və hər kəsi arxada buraxmalı. O niyyət ki, ürəyimizə düşər düşməz yaşadığımız məkanı solğun bir gülə çevirər. Ətrafdakı hər şey birdən süniləşər, sanki ərzin çəkiliş sahəsindən sıyrılar, uçuşmağa başlar. Məkanla olan bağların zəifləyər. Məkana bağlılığın həll edildikcə, zamanın da sənin üzərindəki hökmü ağırlaşar, bir həbs ədasıyla pisin hökmünü boyuna dolanmış taparsan.

Yaxınlıq həyəcanı

Bəli, Kəbəyə gedirsən. Həyat qırıntılarımızın gölləndiyi yerə doğru gedirsən. Qulluğunun iti sıratlarda sınanacağı yerə uçursan. Beləcə “hesap günü” ilə eyni istiqamətə düşür Kəbənin bölgəsi. Hər gün beş vaxt döndüyün yerə dönürsən. Həmişə yönəldiyin bölgəyə dönmək, bir geri dönüşü ehtiva etdiyi üçün, insan bu səfərdə uzaqlaşma deyil, bir yaxınlaşma duyğusu yaşamalı.

Uzaqlıq qorxusu

Amma xeyr! Kabəyə yönəlmək dəhşətli bir uzaqlıq qorxusunu da xəbər verir. Məsələ Kəbənin olduğumuz yerə uzaqlığı deyil, bizim ubudiyet halına uzaqlığımızdır. Bu səfər, bu yöneliş o baş çevirici uçurumu gün üzünə çıxarır indi. Üzünü hər hansı bir divara çevirər kimi asanca qibləyə yönelişlerini xatırla. “Döndüm qibləyə” demək, Ondan başqa hər şeydən, Ondan xəbər verməyən hər şeydən üz çevirməyi tələb etmir idimi? Nə qəm Kəbə çox uzaqlarda olsa! Lakin Rəbbimizə uzaqlıq qiblə Kəbənin həqiqətinə sonsuz iraq edir bizi. Kəbənin ətəyinə gəlsən də bu uzaqlıq əriməyə bilər.

Diləyirəm, Rəbbim səni də məni də Özünə yaxın edər! Kəbəyə yaxınlaşma istəyin də bu duadan başqası deyil.

Tərk ediş

Əslində, həccə istər çat, istər çatma, Kəbədən çox uzaq düşmədiyimizi də söyləməm lazımdır. Hər gün beş vaxt Kəbəyə dönüb, Rəbbimizə ubudiyet sözü veririkmi? Bu da bir Kəbə səfəridir əslində. Məsafələr qat edilmir bu səfərdə. Tək bir niyyət mənzilə çatdırır bizi: qul olma niyyəti. Bu niyyətdir ki, ən bitməz məsafələrdən daha uzaq, ən sarp dağların kəsdiyi yollardan daha dolambaçlı, bəlkə çöllərlə və dağlarla ölçülməyəcək bir yolun yolçusu edər bizi. Qul olmağa niyyət, ən küllü tərkedişləri ehtiva edən bir uzun və iti səfərdir.

Çatma

Ona, tək Ona dönmək nələrdən qoparmır ki bizi? Qibləyə dönmək, Onun dəlillərini göstərənlərdən başqa hər şeyə üz çevirməkdir. Yaxşı, Onu göstərməyən bir şey varmı ki bu kainat üzündə? Hər şey hal diliylə Onu zikr edərkən, hər zərrə Ona təsbeh edərkən, üz çevirəcəyimiz nə qalar geriyə? Hansı şey var ki Ondan söz açmır bizə? Xeyr, Onu göstərməyən bir şey yoxdur. Olsa olsa Onu göstərənləri görməyən biri vardır. Ona yönəlmək isə, hər şeyə Onu görmə niyyətiylə baxmaq deməkdir.

Təvaf

Kəbəyə çatmaq da, qibləyə dönmək də, mərkəzimizin orbitindən çıxıb, Rəbbimizin marziyatı dairəsində bir təvafa girməyi tələb edir. Təvaf odur ki, öz başınalığını tərk edəsən, öz həva və həvəsinin ətrafında pərvanə olmaqdan imtina edəsən. O biri müxtəlif, Kəbəyə çatmaq da, Kəbəni dolanmaq da asandır. Kəbəyə çatmaq mənliyi aşıb qulluğa çatmağı, çoxluğu cırıb birliyə çatmağı tapmaqdır. Səfərin indi ölkəni tərk etməklə başlayır, Kəbəyə çatdığında isə özünü tərk edəcəksən. Quru bir çiçəyin yaxasında bir toz olub uçuşacaqsan. Və yol heç bitməyəcək.

Mina

Və haşir səhəri… Yenidən diriliş… Günün ilk işıqlarının çıxmasıyla öz təkliyindən dirilir, məhşərin kütləsinə qarışırsan. Meşar gecəsinin zahidləri indi Mina gündüzün mücahidi olmağa hazırlanır. Meşar ilə Mina arasındakı görünməz divarı yalnız gecəni gündüzə dəyişən, günəşi döndürən  bilər. Və ilk gün işığının toxunmasıyla gəlir əmr… Gələn bayram səhəridir artıq. Yorğun üzlərdə gəzişən, çökmüş çiyinlərə enən bayram günəşinin isti toxunuşudur. Görürsən ya, günəş də həcc edir. Arafatda doğulub gözləyir, Meşardən keçir və sənin önün sıra Minaya girir. Şeytan daşlama imtiyazını haradan əldə etdin sanırsan?

Şeytan daşlama

Əlinlə atdığını daş sanma. Atmadan əvvəl o daşları necə yığdığını xatırla. Üzünü ərzə dönərək, əlini çirklədərək seçib aldın hamısını. İndi ovucundakı o kiçik şeylər, səmadan və vəhydən üz çevirib qafil olmaqla qazandığın cəhalət və iradənə dayanıb işlədiyin şərlərdir. Daşları şeytana atarkən səndəki cəhaləti, qəfləti, şəri və günahı da şeytana sovur. Cəhaləti və qəfləti özündən uzaqlaşdır, şəri əlindən daşlar kimi sovur ki, Ona uzaqlığın artsın, qurbanın Ona yaxınlıq vəsiləsi olsun.

Və qurban və bayram! Ehram içində bir qılına belə toxuna bilməzkən, bir otu belə qopara bilməzkən, indi bir canlını boğazlamağın əmr edilir. Nə yaman ziddiyyət deyilmi? Demək ki, nə edirsən et, Onun əmriylə etsən ancaq xeyr olur. Onun əmrinə qeydsiz qalaraq öldürməmək nə qədər də öldürücü! Və onun əmriylə ölümə vəsilə olmaq nə qədər həyat verici! Pisininin nə olduğunu təyin etmək, çirkin və gözəli ayırd etmək, xeyr və şəri təyin etmək insanın kefinə buraxılmış deyil. Unutma ki, kəsdiyin ya da kəsdirdiyin şey nə dəvədir nə inək nə də qoyun. Şəhvətini, həvanı, həvəsini və iradəni boğazlayıb, Onun razılığında fani etməlisən! Qurban günü, bayram səhəri, Ondan uzaqlığın itəcək, Onun yaxınlığını qazanacaqsan! Bayram eləcə gedəcək ürəyinə…

Hacdan dönmək olmaz Həcc səfərinin istiqaməti tam da həyatımızın axdığı istiqamətə doğrudur. Həcc, ruhumuzu çoxluqdan birə, mühitdən mərkəzə doğru çəkərək, həyatımızın kristallaşdığı ölüm anına yaxınlaşdırar bizi. Beləcə hesap gününə gedən yol üzərinə düşər Kəbənin bölgəsi.

Əlimiz bir tərəfdə otu və bir saç telini belə qoparmaqdan məhrum edilərkən, digər tərəfdə bir heyvanı boğazlama əmr edilər. Anlarıq ki, əlimiz belə əlimizdə deyilmiş və iradəmiz də Onun əlindəymiş. Eləcə Ona əzəldə verdiyimiz sözü yenidən xatırlayarıq. Qeyri sözdən dönmək olmaz.

Şeytanı daşladığımız əlimizlə, Resulullahın (s.ə.v.) məscidində əl bağlarıq. Atdığımız daşlarla şeytana nifrət edib, nəfsə və həvadan uzaqlaşıb və Məhəmmədə (s.ə.v.) məhəbbəti artırıb, beyətimizi təzələyərik. Elə isə biattan dönmək olmaz.

Və mütləq ki həccdan dönmək olmaz…

suallarlaislam.com

Read Previous

Universitetdə Hicab qadağası. “biz icazə vermirik”-AUDİO

Read Next

Təvafın hikməti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.