Peyğəmbər Əfəndimiz (səv)-in mənəvi tərbiyəsindən keçərək onun əmr və buyruğuna eşq ilə bağlanan Səhabə əfəndilərimizin həyatından bizlərə bir-birindən gözəl nümunələr vardır.
Əbu Ümamə -radıyallahu anh- Peyğəmbər Əfəndimizə: “Mənə elə bir əməl tövsiyə et ki, Allah Təala məni onunla mükafatlandırsın.” Dedi. Rəsulullah Əfəndimiz: “Sənə orucu tövsiyə edirəm, çünki onun heç bir misli yoxdur!” Buyurdu. (Nəsai, Sıyam, 43)
Ümmü Eymən -radıyallahu anh- Allaha və Rəsuluna hicrət etmək üzrə yola çıxmışdı. Oruçlu idi. Yanında nə yemək, nə minik, nə də su var idi. Tihame səhralarının şiddətli istisi altında yol gedirdi. Aclıqdan və susuzluqdan ölmək üzrə idi. İftar vaxtı gəldiyində başının üzərində bir xışıltı eşitdi. Başını qaldırdığında ağ bir iplə asılmış bir su qabı gördü. Özü belə deyir:
“-Su qabını alıb, doyuncaya qədər içdim. Ondan sonra bir daha heç susamadım.”
Ümmü Eymən -radıyallahu anh- görəsən susuzluq hiss edərəmmi deyə qızğın günəşin altında oruc tutar, Kəbəni təvaf edərdi, ancaq yenə də susuzluq hissetməzdi. Bu vəziyyət ölənə qədər belə davam etdi. (Abdurrazzak, Musannəf, IV, 309; Əbu Nuaym, Hilyə, II, 67; İbn-i Həcər, İsabə, VIII, 170; İbn-i Sad, VIII, 224)
Həzrəti Həmzə -radıyallahu anh- Uhud savaşına gedərkən oruca niyətlənmişti. Şəhid olsam Rəbbimin hüzuruna oruclu olaraq gedim, deyə düşünürdü.
Ənəs bin Malik -radıyallahu anh- belə deyər:
Ögey atam Əbu Talha (radıyallahu anh), Rəsulullah (səv) zamanında, düşmənlə daha asan döyüş edə bilmək üçün çox nafilə oruc tutmazdı. Rəsulullah Əfəndimizin vəfatından sonra isə mən Əbu Talhanı heç oruçsuz görmədim. Yalnız Ramazan Bayramı və Qurban Bayramı günləri oruc tutmazdı. (Buxari, Cihad, 29)
Əbu Talha (radıyallahu anh) hərb meydanlarının ən cəsur qəhrəmanlarından biri idi. Düşmənə qarşı qüvvətli olmaq üçün nafilə oruca çox yönəlməz, cihadı orucdan üstün tutardı. Ancaq daha sonra cihada çıxması azalınca oruca yönəldi və çoxu vaxtını orucla keçirdi. Peyğəmbər Əfəndimiz (səv)-dən sonra bu minval üzrə 24 il yaşadığı rəvayət edilir.
Həzrəti Ənəsin bildirdiyinə görə Əbu Talha (radıyallahu anh) ömrünün sonlarına doğru:
“(Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!” (Ət-Tövbə, 41) ayəti-i ayəsini oxudu. Sonra isə: “Allahu Təala bizə gərək yaşlı gərək gənc olaraq həmişə birlikdə səfərbər olmağımızı əmr edir. Mənim döyüş sursatlarımı hazırlayın!” Dedi. Uşaqları:
“-Atacan, Biz sənin yerinə cihad edirik!” Dedilərsə də o israr etdi. Əşyalarını hazırladılar və Əbu Talha (radıyallahu anh) bir dəniz səfərinə qatıldı. Bu səfər əsnasında vəfat etdi. Cəsədini ancaq yeddi gün sonra torpağa verə bildik. Ancaq bu zaman ərzində mübarək vücudunda heç bir dəyişmə və iy vermə olmadı. (İbn-i Həcər, Fəthul-Bari, [Cihad, 29])
Əbu Bürde (radıyallahu anh) ilə Yezid bin Əbi Kəbşə bir səfərdə yoldaşlıq etmişdilər. (Oruc tutmağa çox əhəmiyyət verən) Yezid, bu səfərdə də oruclu idi. Əbu Bürdə (radıyallahu anh) ona belə dedi:
“Mən (atam) Əbu Musanı belə deyərkən dəfələrlə eşitdim: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Qul xəstə olur və ya səfərə çıxarsa muqim və səhhətli ikən etdiyi (nafilə) ibadətlərin savabı eynilə özünə yazılır.” (Buxari, Cihad, 134). Əsri Səadətdə Ramazan ayı böyük bir coşğu və həyəcanla yaşanar və möminlər bu ruhani havanı övladlarına da tənəffüs etdirərdilər. Necə ki, Həzrət-i Ömər -radıyallahu anh- xilafəti dövründə Ramazanda sərxoş olan birinə: “-Təəssüflər olsun sənə! Bizim uşaqlarımız belə oruc tutur! “Demişdir. (Buxari, Savm, 47)
Əbud-Dərda (radıyallahu anh) oruca nə qədər qiymət verdiyini ifadə edərək belə buyurur:
“Üç xislət olmasaydı dünyada qalmaq istəməzdim: Alnımı yerə qoyaraq gecə-gündüz Yaradanıma səcdə etmək və bu şəkildə əbədi həyatıma hazırlanmaq, günün ən isti anlarında (oruc tutaraq) susuzluğa dözmək, meyvənin yaxşısı seçildiyi kimi sözlərin yaxşısını seçən kəslərlə oturmaq.” (Münavi , Feyzü’l-Qadir, II, 11/1193)
Mənbə:islamveihsan.com