• 22 Dekabr 2024

Səhabələrin peyğəmbər sevgisi

muhammedrasulullahHəm yaşadığı əsrdə, həmdə öz dönəmindən sonra, insanlıq tarixinin ən çox sevilən şəxsiyyəti,sonuncu peyğəmbər Hz.Muhamməd (s.ə.s) olmuşdur.

 Çünki onu ilk öncə Uca Rəbbimiz, daha sonra səma əhli mələklər, daha sonra yer əhli insanlar və digər canlı və cansız məxluqat sevmişdi. Buna dair əlimizdə kifayət qədər sübut mövcuddur. Uca Allah belə buyurur:“Şübhəsiz Allah və mələkləri peyğəmbərə salam və dua göndərir ey iman gətirənlər siz də tam bir təslimiyyətlə ona salam və dua göndərin”.(Əhzab surəsi, 56)

Uca yaradan öz bəndələrinin arasından seçdiyi bir quluna salam göndərir və bunu qiyamətə qədər gələcək bütün müsələmanların dilindən düşürmür. Başa düşüb dərk edən insan üçün peyğəmbərimizi sevməyin hansı dərəcədə olacağını göstərən bir sübutdur. Başqa bir ayədə isə belə buyururlur:“De; Əgər atalarınız, oğlanlarınız, qardaşlarınız, həyat yoldaşlarınız, nəsil-nəcabətiniz, qazandığınız var-dövlət, kəsada düşməsindən qorxduğunuz ticarətiniz və bəyəndiyiniz evlər və məskənlər sizə Allahdan, peyğəmbərindən və onun yolunda cihad etməkdən daha sevimli isə, artıq Allahın əmri gəlincəyə qədər gözləyin! Allah fasiqlər topluğuna hidayət verməz.” (Tövbə surəsi, 24)Bu ayə alimlər tərəfindən hər bir mömünə peyğəmbəri sevməyin fərz olduğunua dəlil kimi irəli sürülmüşdür. Hz.Peyğəmbər də:“Sizdən hər kim məni uşağından, atasından və bütün insanlardan çox sevmədikcə (həqiqi) iman etmiş olmaz”.(Müslim, İman, 70.)deməklə peyğəmbəri sevməyin imanımızın bir parçası olduğuna diqqət çəkmişdir. Bir gün Hz. Ömər (r.a): “Ya Rəsulallah, nəfsim (özüm) xaric, səni hər şeydən çox sevirəm” deyərək könlünü peyğəmbərimizə açmaq istədi. Rəsulullah (s.ə.s) istisnaya razı deyildi. “Ey Ömər! Nəfsindən də çox sevməlisən” deyəndə, Hz. Ömər heç tərəddüd etmədən: “Canımdan da çox sevirəm”deyincə:“İndi oldu, ey Ömər”,-buyurdu.”(Buxari, Əyman, 3.)

Həyatını insanlığın qurtuluşuna həsr edən Hz. Peyğəmbərin (s.ə.s) ən canlı şahidləri səhabələri idi. Bu yöndən baxanda onların Hz. Peyğəmbərə olan sevgiləri təbii ki, daha böyük olacaqdı. Buna görə də əshabın sevgi və bağlılığı bəzən müasir insanların idrakını aşan səviyyədədir. Onlar, “atam-anam sənə fəda olsun” deyərkən bunu sadəcə sözlə deyil, ürəkləri ilə söyləyir və davranışlarıyla da isbat edirdilər. Rəci hadisəsində Hz.Zeyd bin Dəsinəni (r.a) xatırlayaq. Əsir götürülüb asılmaq üçün darağacına gətiriləndə Əbu Süfyan ondan belə soruşur: “Ey Zeyd, Muhammədin indi sənin yerində olub onun boynunu vurmağımızı və sən də ailənin yanında olmağını istəyərdinmi? Hz.Zeyd bu möhtəşəm cavabı verir: “Vallahi, mənim öz ailəmin yanımda olmağım bir yana, Muhammədə indi olduğu yerdə belə, hər-hansı bir tikanın batmasını istəmərəm. Bu  möhtəşəm cavabı eşidən Əbu Süfyan belə deyir: “Muhammədin dostlarının onu sevdiyi qədər insanlardan heçbirinin başqa birini sevdiyini görmədim”.(İbn Sad, II,55-56; Qadı İyaz, əş-Şifa,28-29.) Hz. Peyğəmbərə (s.ə.s) olan sevgisi və gətirdiyi dəvətinə olan bağlılığı ilə tanınan Uhud şəhidlərindən Ənəs bin Nadr Uhud döyüşündə Hz. Peyğəmbərin (s.ə.s) ölüm xəbəri gəlməsi ilə dağılmağa başlayan İslam ordusunu döyüşə təşviq edib “Uhud dağının ətəklərində Cənnətin qoxusunu alıram” deyərkən birdən Hz. Öməri bir qayanın üstündə oturub ağlayan görüb ondan soruşdu:

–  Ömər, niyə döyüşmürsən?

  Hz. Ömər dedi:-Allah Rəsulu öldürüldü, bilmirsənmi?

 Ənəs isə belə dedi:

-O öldükdən sonra yaşamağın nə mənası var? Qalx! Onun şəhid olduğu dəvət yolunda biz də döyüşək, biz də şəhid olaq!” (İbn Hişam, əs-Sirətün-Nəbəviyyə, III, 88)deyirdi. Beləcə, həyatına məna qatan şəxsin Rəsulullah (s.ə.s) və onun dəvəti olduğunu sözləri və davranışlarıyla ortaya qoyurdu.

Allah Rəsulu (s.ə.s) üçün özünü sipər edənlərdən biri də Hz. Talha binÜbeydullah (r.a) idi.  Uhud döyüşündə Rəsulullah uğrunda şikəst qalmışdı. Hz.Talha (r.a) onun üçün əlini deyil, canını belə verməyə hazır idi.  Müşrik oxçuların kəskin nişançılarından Malik bin Züheyr Rəsulullaha (s.ə.s)-ə ox atmıştı. Hz.Talha bin Übeydullah (r.a) oxun Rəsulullaha (s.ə.s) tuş gələcəyini hiss edən kimi onu qorumaq üçün əlini oxun qabağına verdi və əlindən yaralanaraq şikəst qaldı. (Bünyamin Erul ,Talhaibni Ubeydullah, DİA, 39,504.)

Səhabələr, ona olan sevgi və bağlılıqlarını sadəcə döyüş meydanlarında deyil, ibadət həyatından, yeyib-içməyinə, yatmağına, geyinməyinə və gəzməyinə qədər hər yerdə göstərirdilər. Qısaca, hər hansı bir işi Rəsulullah (s.ə.s) etmişsə, o işi etmək üçün başqa səbəb axtarmalarına ehtiyac qalmırdı. Beləki Hz. Ömər Həcərül-əsvədi (Kəbədəki qaradaşı) istilam edərkən, (salamlayarkən); “Allaha and olsunki, sənin heç bir zərər və ya fayda verməyən bir daş olduğunu bilirəm, əgər Rəsulullahı səni iistilam edərkən görməsəydim mən də sən istilam etməzdim”  deyirdi. (Buxari, Həcc, 57; MüslimHəcc, 249-250)

mənbə:

irfandergisi.com

Read Previous

Quran ayələri işığında Allahın rəsuluna itatət

Read Next

Uşağa xərclik necə verilməlidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.