• 26 Dekabr 2024

Şəkidə uşaq, yeniyetmə və gənclərlə bağlı tədbir keçirildi

24 iyul 2019-cu il tarixdə Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaqların, yeniyetmə və gənclərin sosial, fiziki və mənəvi inkişafına dair maarifləndirmə işinin təşkili və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə təşkilatın idarə heyətinin üzvü Gündüz Paşayev lahiyənin əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin saatlarla kompüter oyunları oynaması, mobil telefon və planşetlərdən lazımsız istifadələrinin mənfi təzahürlərindən və yarada biləcəyi fəsadlardan söz açıb.

Daha sonra tədbirdə ekspert qismində çıxış edən Vaqif Nağıyev yeniyetmə və gənclərə gələcəkdə peşə sahələrinin seçimi, gələcək həyatlarının sağlam, xoşbəxt və milli ruhda qurulması üçün atılacaq addımların vacibliyi, hədəflərin düzgün və vaxtında müəyyən olunması ilə bağlı söhbətlər aparıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Read Previous

Təsəvvüf nəfsi tərbiyə etmək sənətidir

Read Next

HƏZRƏT ÖMƏRİN NİL ÇAYINA ƏMRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.