• 21 Dekabr 2024

Səlim Müslümov: “182 manata görə o boyda məsuliyyətin altına girməyə dəyərmi?” (VİDEO)

52446

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS TV-yə eksklüziv müsahibə verib. Görüləcək işlərdən danışan yeni nazir 14 tibbi-sosial ekspert komissiyasının sədrinin

işdən azad edilməsi məsələsinə də aydınlıq gətirib: “14 tibbi-sosial ekspert komissiyasının sədrindən iclas keçirilən zalı tərk etmələrini xahiş etdim. Mən onlara işdən azad olunma haqda bir kəlmə də söyləmədim. Onlar dərhal işlərini başa düşdülər və ərizələrini təqdim etdilər.

Mənim onların bəzilərinə bir ritorik sualım oldu ki, sizin aylıq əmək haqqınız nə qədərdir? Mənə cavab verildi ki, 182 manat. Dedim, sizcə, 182 manata görə o boyda məsuliyyətin altına girib orada oturmağa dəyərmi? Niyə gedib həkim işləmirsiniz?”

Əmək və əhalinin sosial müdafiəsi naziri həmin vəzifələrə müsabiqə yolu ilə gənclərin cəlb olunacağını və onlara verilən maaşların da artırılacağını bildirib.

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, lakin hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərinin yoxlanmağa başlanıldığını deyib.

Əlillik dərəcəsinin verilməsilə bağlı tibbi yoxlanışların asanlaşdırılmasına toxunan nazir bu prosedurların avtomatlaşdırlacağını söyləyib.

Mənbə: ANS TV

Read Previous

Dalğa okean sahilində istirahət edən tələbələri apardı

Read Next

Mərkəzi Neftçilər Xəstəxanasında həyəcan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.