Səudiyyə ərəbistanıda 5 gündür davam edən şiddətli yağış səbəbiylə ölənlərin sayının 7-ə yüksəldiyi, 5 adamın itkin olduğu bildirildi.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA’da verilən xəbərə görə, şənbə günündən bəri davam edən şiddətli yağışlar səbəbiylə ölənlərin sayı Riyadda 5, Arar şəhərində 2 adam olmaq üzrə 7-ə yüksələrkən, 5 nəfər də itkin düşdü.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi, ölkədə bazar günündən bu yana davam edən yağışlar səbəbiylə 4 adamın öldüyünü, itən 10 adamı axtarış işlərinin sürdüyünü açıqlamışdı.
Təhsil Nazirliyi rəsmi sözcüsü Məhəmməd bin Saad ed-Dahini, dünən etdiyi şərhdə, paytaxt Riyadın da aralarında olduğu 9 bölgədə məktəblərin tətil edilməsi qərarı alındığını bildirmişdi.