• 22 Dekabr 2024

Sabah namazına qalxmağımızı rahatlaşdıracaq tövsiyələr

mescidSabah namazı “beş vaxt namaz içərisində ən çox tərk edilən namazdır” deyilə bilər. Peyğəmbər əfəndimiz (səv) ən çox yatsı və səhər namazlarının üzərində dayanmışdır və “Münafıka ən ağır gələn namaz; axşam və səhər namazlarıdır. Əgər bilsəydi o iki namazda nə kimi faydalar var? Sürünərək belə olsa onun ikisini də qılardı. “(Əhməd Müsnəd 52/424, Albani Sahihu’l-Cami 133) buyurmuşdur.

Sizlərə səhər namazına qalxmağı asanlaşdıran 6 tövsiyə.


1- NƏ ÜÇÜN NAMAZ QILDIĞIMIZI YAXŞI DƏRK ETMƏLİYİK.
 

Bir müsəlmanın nə üçün namaz qılması lazım olduğunu bilməsi, namazlarına, xüsusilə səhər namazlarına olan həssaslığını artıracaq.  

Bu səbəbdən də qılınması lazım olan namazın Allah qatındakı dəyərinə və ən əsası da haqqıyla namaz qılanların Allah qatındakı mərtəbəsinə baxmaqdır lazımdır. Yəni Quranı oxumaq və anlamağa çalışmaq zəruridir. 

Çünki namaz; “Təqva sahibləri üçün bir hidayətdir” (Bəqərə 2) buyurulmuşdur. Bu ayənin davamında da “Onlar ki qeybə iman gətirər, namazlarını haqqıyla əda edərlər və özlərini ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) sərf edərlər.” (Bəqərə 3) buyurulur. 

2- NAMAZA QALXMAĞA NİYƏT ETMƏK. 

Digər əhəmiyyətli xüsuslardan biri də namaza qalxmağa ciddi olaraq niyətlənməkdir. Yoxsa “qalxabilərəmsə qılaram” kimi cümlələr adamın niyyətində ciddi olmadığının və namazı çox da önəmsəmədiyinin açıq bir göstəricisidir. Halbuki səhər namazının 2 rükət fərzini keyfimizə görə qılmamaq imkanımız yoxdur. Ayrıca dünyəvi bir iş üçün, bəzən səhər namazı vaxtında ayağa qalxa biliriksə, namaz üçün qalxmamaq Rəbbimizə qarşı ciddi bir qüsurdur. Bunu bilməliyik ki insan niyyətini ortaya qoyduqdan və Cənab-ı Haqq nəsib etdikdən sonra edə bilməyəcəyi heç bir şey yoxdur, yetər ki ixlas və ciddiliklə xeyirə niyyət edib səy göstərilsin. 

3- ERKƏN YATMAK 

Sabah namazına qalxmaq üçün namazın müqəddəsliyini bilərək ciddi olaraq qalxmağa niyət edildiyində belə, gec saatlara qədər yatmamaq, namaza oyanmağı bir xeyli çətinləşdirər. Xüsusilə də qalxmaq üçün tədbirlər alınmamışdırsa. Peyğəmbər Əfəndimiz (səv) səhabələrlə elm və sohbet üzərində bir mövzu danışmırsa sonra dərhal yatardı. 

“Peyğəmbərimiz (s.ə.s.) yatsı namazından əvvəl yatmağı, həmin namazdan sonra da danışmağı xoş görməzdi” mənasını ehtiva edən hədis tərcümələri Buxari, Muslim və Tirmizidə keçməkdədir. Bunun səbəblərindən birinin də səhər namazına oyana bilməmə təhlükəsinin olduğu ifadə edilmişdir. 

4- TƏDBİR ALMA 

Bütün bunları yerinə yetirdikdən sonra hələ də səhər namazı üçün oyanmakta çətinlik çəkirsinizsə ala biləcəyiniz həm maddi, həm mənəvi bəzi tədbirlər mövcuddur. Əvvəlcə, gecə yatmadan əvvəl “Ayətəl Kursi” və “Kəvsər” kimi surələr oxuna bilər. Ayrıca Peyğəmbərimizin (səv) gecə yatmadan əvvəl oxuduğu duaları oxuyub sonra Allahdan səhər namazına oyanmaq istənə bilər. 

Bununla birlikdə maddi olaraq da duyabileceğimiz şəkildə bir alarm qurmaq mümkünsə. Ayrıca birisindən sizi oyatmaq üzrə kömək istəməyiniz də qalxmanızı asanlaşdıracaq. Çünki ayədə; ” Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun” (Maidə 2) buyurulmaqdadır. 

5- OYANAN KİMİ DƏRHAL QALXMAQ. 

“Sabah namazı üçün alarmı duyuram amma yenə də yataqdan heç cür qalxa bilmirəm və bir də görürəm ki namazın vaxtı keçib” deyirsinizsə, bunun ən böyük çarəsi, alarmı eşidər-eşitməz, yəni oyanar oyanmaz yataqdan dərhal sıçramaqdır. Yoxsa şeytan sizi yatdırmaq üçün əlindən gələni edəcək; Xüsusilə “Birazdan qalxaram, hələ 15 dəqiqə var” kimi cümlələr ümumiyyətlə qalxmamaqla nəticələnir. 

Bu səbəbdən bu son nöqtədə də bütün digər saydığımız maddələrdə olduğu kimi qərarlı və əzmli olmaq lazımdır. Belə demək olarsa; Qəhrəmanlığımızı sərgiləməli və bu son addımda şeytanın qıçını kırmalıdır. 

6- Qeylulə ETMƏK. 

Qeylulə yəni günorta yuxusu Peyğəmbərimiz (səv)-in sünnələrindəndir. Çünki Peyğəmbərimiz; “Gündüz orucu üçün sahur yeməyindən və gecə ibadətinə qalxmaq üçün qeylulədən faydalanın” (İbn Macə, Savm, 22) buyurmuşdur. 

Sehl (ra)-dan rəvayət edildiyinə görə də belə deyilməkdədir; “Bizlər Peyğəmbər (səs) ilə birlikdə Cümə namazını qılırdıq, qeylulə ondan sonra olurdu” (Buxari, Cümə, 40) Bu yuxunun vaxtı quşluq vaxtından (günorta namazı əvvəlindən) ikindi əvvəlinə qədərdir. Yarım saat Qeylulə yuxusunun iki saat gecə yuxusuna bərabər olduğu deyilmişdir. 

Bu səbəbdən həm nafilə olan gecə ibadətləri həm də fərz olan səhər namazı üçün bu yuxunun bərəkətindən faydalanmaq həm sünnəti işləməmizə vəsilədir, həm də yuxusuzluq səbəbi ilə səhər namazına qalxa bilməməyimizin ən böyük həllərindən biridir.

mənbə:

Read Previous

Tariximizin qanlı səhifələrindən XOCALI

Read Next

Məscid ədəbləri (cümə xütbəsi)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.