• 08 Oktyabr 2024

Salavatla əlaqəli hədisi şəriflər

salavat

  • Hz. Ənəsin   rəvayət  ettiyi  bir hədisdə  peyğəmbər əfəndimiz (səv)  belə buyurmuşdur:  “Mən heçbirinizə, özündən, atasından evladından  və bütün insanlardan  daha sevimli olmadığım təqdirdə  (həqiqi) iman etmiş olmazsınız”. Hz Ömər  Bu hədisi  eşidincə  Ya rəsulallah , “Sən mənə özumdən başqa hər şeydən daha əzizsən” dedi.  Hz Peyğəmbər (səv)  “Ey Ömər! özündən də əziz olmalıyam” buyurunca, Hz. Ömər (r.a.), “özümdən də daha əzizsən” cavabını verdi. Bunun üzərinə Hz Peyğəmbər  (s.a.s.): “Ey Ömər, bax! İndi  oldu”  buyurdu.
  • Bir gün Ubey  İbn Kab -radıyallahu anh, əfəndimiz (sallallahu aleyhi vəsəlləm)-ə soruşdu:
    “- Ya Rəsuləllah! Mən sənə çoxlu salavatı-şərifə gətirirəm. Görəsən nə qədər etsəm daha yaxşı olar?”.
    Hz peyğəmbər (səv) “istədiyin qədər gətir.” buyurdu.
    “- O halda  üçdə ikisi bəsdirmi?” deyə soruşdum.
    “- O, istədiyin qədər . Ama artırarsan sənin üçün daha faydalı olar.” Buyurdu.
    “- O zaman duaya ayırdığım vaxtın hamısında salavat-ı şərifə gətirsəm necə olar?” deyincə:  Hz. Peyğəmbər
    “- O təqdirdə  Allah bütün sıxıntılarını ortadan qaldırar ve günahlarını bağışlayar.” Deyə  buyurdu.
  • “Dua və səma arasında bir pərdə vardır.Üzərimə salavat gətirilincə bu pərdə açılar, dua yerinə çatar.”
  • “Mənə ən yaxın olanlar, üzərimə ən çox salavat gətirənlər olacaqdır.”
  • Vəfatımdan sonra sizdən kim mənə salam göndərərsə Cəbrayil  (əs) gələr və mənə belə deyər! Ey Məhəmməd ! Ümmətindən filan kimsənin sənə salamı var.  buna qarşılıq olaraq mən də belə deyərəm: Məndən də ona salam olsun və həmin adam üçün Allahdan rəhmət və bərəkət diləyərəm.
  • Hər kim, gücü çata bilmədiyi bir işlə qarşılaşarsa, üzərimə çoxlu salavat gətirsin. Çünkü Allahu təalə üzərimə gətirilən salavatı şərifin səbəbiylə onun çətinliklərini, kədərlərini yox edər, rizqini artırar, Allahın köməyi ilə muradına nail olar.
  • Adım eşidildiyi zaman salavat gətirməyənlər insanların ən paxılıdır, ən acizidir.
  • Üzərimə salavat gətirilmədən tərk edilən bir məclis əhli peşman olacaqdır.
  • Adım eşidildiyi zaman mənə salavat gətirməyən burnu üstə sürünsün
  • Üç şəxs vardır ki bunlar mənim üzümü görə bilməyəcəklərdir. Ana-atasına üsyan edən, sünnəmi tərk edən, üzərimə salavat gətirməyən.
  • Adımı eşidib salavat gətirməyənin , sonu bətbəxtlikdir.”
  • Üzərimə yüz dəfə salavat gətirənə Allah (c.c.) min dəfə rəhmət nəzəri ilə baxar. Arzu və istəklə daha artıq gətirən üçün qiyamət günündə şəfayət və şahidlik edərəm.
  • Üzərimə salavat gərirərsəniz Allah da sizin üzərinizə salavat gətirər.
  • Şübhəsiz ki, mənim üzərimə salavat gətirən kimsənin salamını almaq üçün Allah (c.c.) mənə ruhumu geri qaytarar.
  • Sizdən hər hansı biriniz Allahdan bir şey istədiyiniz zaman əvvəla onun şanına layiq tərzdə həmdü-səna etsin, sonra peyğəmbər  (Səv)-ə  salavat gətirsin. Çünkü bu şəkildə arzusuna daha rahat çatar.
  • Peyğəmbər əfəndimiz “Cuma günləri mənə çoxlu salavat gətirin. Çünkü bunlar mənə bildirilir.” Buyurdu. Öldükdən sonra da mı? deyilincə Peyğəmbərimiz  buyurdu ki, Allah torpağa Peyğəmbərlərin bədənlərini çürütməyi haram etmişdir. Bir mömin salavat oxuyunca , bir mələk mənə xəbər verər,  “filan şəxs sənə salam söylədi” deyər.

Read Previous

“Şəhidlər məscidi” ibadətə açıldı

Read Next

Yarım xurma ilə də olsa cəhənnəmdən qurtulmaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.