• 09 Noyabr 2024

Saleha bir xanımın 22 özəlliyi

salihahaniminozellikleriSalehə bir xanım, cəmiyyətin həqiqi memarıdır. Çünki o, nəslin qorunması və xeyirli övlad tərbiyəsi kimi ülvi bir məsuliyyəti ürəyində daşıyır.
Bunun üçündür ki; “Bir kişini tərbiyə edin, bir insanı yetişdirmiş olarsınız. Bir xanımı tərbiyə edin, bir ailəni, hətta cəmiyyətin böyük bir hissəsini yetişdirmiş olarsınız.” deyilmişdir.
Uşağın təhsil gördüyü ilk məktəb, ana ürəyidir. “الام مدرسة / Ana bir məktəbdir.” Sözü də bu həqiqətin bir ifadəsidir. Ananın ağzından çıxan hər bir söz, uşağın şəxsiyyətinin inşasında istifadə edilən bir kərpic kimidir.
Salehə bir xanım:
1- Ailənin hüzurunu təmin edən və könülləri işıqlandıran sanki billur bir çıraqbandır.
2- Ailəsinə cənnət səadəti bəxş edən xoş qoxulu bir çiçək, səadət bağçalarının ən qiymətli bəzəyidir.
3- Şəfqət, mərhəmət, iffət, ədəb, həya, təvazö, comərdlik, təfəkkür və hissiyat ilə zirvələşən fəzilət abidəsidir.
4- Evinin işlərini, əfəndisinin və uşaqlarının xidmətini ifa edərkən belə, Qurani Kərim ilə ünsiyyətini itirməyən bir şəxsiyyətdir.
5- Ətrafındakılarla çox yumşaq bir dillə, nəzakət və dözüm ilə rəftar edən bir zəriflik nümunəsidir.
6- Onun ürəyi, öz balasından başlayaraq yer üzündəki bütün aciz və möhtacları qucaqlama təmayülü ilə dolu bir rəhmət dərgahıdır.
7- Möminin təqvadan sonra sahib ola biləcəyi ən xeyirli nemətdir.
Necə ki Peyğəmbər -səllallahu əleyhi və səlləm- Peyğəmbərimiz bir hədisi-şəriflərində:
“Mənə dünyanızdan, qadın və gözəl qoxu sevdirildi, namaz da gözümün nuru edildi.” buyurmuşdur. Yəni salehə bir xanımı Cənabi-Haqq sevmiş və Həbibinə də sevdirmiştir.
Ayəti-kərimədə; “Ey Rəbbimiz! Bizə gözümüzün işığı zövcələr və övladlar ehsan buyur… “buyrulması da salehə xanım yetişdirmənin əhəmiyyətinə diqqət çəkir. Bu keyfiyəttəki salehə xanımlar üçün Əfəndimiz (səllallahu əleyhi və səlləm):
“Cənnət anaların ayaqları altındadır!” buyurmuşdur.
Yenə Əfəndimiz -(səllallahu əleyhi və səlləm) salehə bir xanımı belə vəsf etmişdir:
“Mömin, Allaha təqvadan sonra ən çox salehə bir yoldaşdan xeyir görər. Belə bir qadına emretsə ona itaət edər. Ona baxsa sevinc duyar. Bir şeyi edib etməməsi barəsində and içsə, qadın bunu yerinə gətirərək onu anddan qurtarar. Zövcəsindən ayrılıb uzaq bir yerə getsə, qadın həm öz namusunu qoruyar həm də ərinin malı barəsində xeyirli və dürüst olar. “(İbn-i Macə, Nikah, 5/1857)
8- Salehə bir xanım, ilahi qüdrətin insanoğluna lütf etdiyi bir şəfqət qucağıdır. Ailə ocağındaki fərdlərin azğınlığını, xüsusilə uşaqların bezdirici dəcəlliklərini əridəcək fəzilət cövhəri, ana ürəyidir. O, bir tərəfdən ailəni mənəvi atmosferlə doldurur, bir tərəfdən də günah bataqlıqları və əxlaqsızlıq yuvalarına qarşı ailənin qoruyucu zirehi olur.
9- Salehə bir xanımın təqva və istiqaməti, ərini, uşaqlarını, qohumlarını və hətta qonşularını xeyr və hasenata təşviq edəcək mahiyyətdə olur.
Şübhəsiz ki ailə həyatında bir xanımın ən mühüm vəzifə və məsuliyyəti, ərinə qarşı olanlardır. Bu mənada salehə bir xanım:
10- Yoldaşına qarşı heç bir zaman laqeyd olmaz, ailə fərdləri arasında onu ikinci sıraya salmaz.
11- Əri evinə döndüyündə onu qapıda, gülər üzlə qarşılayar, evindən çıxarkən də gözəl sözlər və dualarla onu yola salar.
12- Geyiminin və evinin təmiz, tərtibli və gözəl olmasına diqqət edər. Ərinin xoşlamadığı görünüş, pis qoxu və s. mənfiliklərdən çəkinər.
13- Ev işlərində və uşaqların xidmətində çox yorulmuş olsa belə bunu bəlli etməz, bəyinin yanında üzünü turşutmaz. Onun çətinliklərini paylaşar, şirin diliylə ona təsəlli qaynağı olar, yorğunluğunu atmasına köməkçi olar.
14- Salehə bir xanım, ərini məmnun edə bilmək üçün, onun hisslərini, ideallarını, maraq sahələrini, zövqlərini yaxşı anlamağa səy göstərər. Məsələn: ərinin yemək və dinlənmək kimi vaxtlarına yaxşı nəzarət edər. Yəni bunları hansı vaxtda etməyi vərdiş halına gətirmişsə, o vaxtlara diqqət göstərər.
15- Salehə bir xanım, ərinin işlərində ona dəstək olar.
16- Aile sirlərini kimsəyə ifşa etməz.
17- Salehə bir xanım, əfəndisinin sevinciylə sevinər, kədəriylə kədərlənər. Sanki iki bədəndə tək bir ürək olar.
18- Həyat sürprizlərlə doludur. Səadət mövsümləri kimi, fəlakət zamanları da olur. Belə vəziyyətlərdə salehə bir xanım, əlindən gələn heç bir fədakarlığı əsirgəməz. Ərinin yükünü yüngülləşdirməyə cəhd edər. Əri evinə nə gətirərsə, buna həmd edər, şükr edər, şikayəti unudar, riza halında olar.
19- Salehə bir xanım, yalnız ərini sevib saymaqla qalmaz, onun qohum və dostlarına da hörmətdə qüsur etməz. Hətta bir seçim qarşısında qalsa, özündən fədakarlıq edib bəyinin ailəsinə daha çox yaxınlıq göstərər. Çünki bu davranışın, ərini məmnun edəcəyini bilir.
20- Saleha bir xanım, Allahın təyin etdiyi məhrəmiyyət sərhədlərinə dəqiqliklə riayət edər. Məsələn təkbaşına olduğu vaxt, özünə naməhrəm olan birini, qohumdan belə olsa evinə ala bilməz. Heç bir zaman saf və gözəl niyyət gözlüyünü taxıb, məhrəmiyyət divarlarını yıxmaz. Ağappaq bir paltar kimi olan namus, iffət və xüsusiyyətinə ən kiçik bir ləkə düşürməmək üçün həssaslığını mühafizə edər.
21- Salehə bir xanım, ərinin davranışlarına son dərəcə diqqət edər. Əgər ərinin bir xüsusda əsəbləşdiyini hiss etsə, məsələni münaqişə həddinə çatdırmadan, sükunət, sülh və mülayimliklə mövzunu həll etməyə çalışar.
22- Salehə bir xanım, əri nə qədər əsəbləşsə də özünə yaraşan ədəb və tərbiyə dairəsinin xaricinə çıxmaz. Hirsli halda münaqişə etməyin heç bir xeyir gətirməyəcəyini, əksinə aradakı məhəbbət və hörməti zədələyib ailə yuvasını təhlükəyə atacağını daim göz önündə saxlayar. Ərinin, səhvini anlayıb üzrxahlıq edəcəyi zamanı səbirlə gözləyər…
Bəli bu və bənzəri fəzilətlərlə özünü ailəsinə həsr edən salehə bir xanım, sonsuz bir sevgiyə, dərin bir hörmətə və ömürlük bir təşəkkürə layiqdir…
Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz də belə salehə bir xanımın axirət mükafatını:
“Əri özündən razı olduğu halda ölən (təqva sahibi bir) qadın Cənnətə girər.” (Tirmizi, Rada ‘, 10/1161; İbn-i Macə, Nikah, 4) bəyanı ilə müjdələmişdir.
Uca Allah bu müjdəyə nail olan bütün xanım bacılarımıza lütf və kərəmiylə ehsan etsin… Amin!

Mənbə:islamveihsan.com

Read Previous

Tövbə

Read Next

Dünyada ən çox yayılmış 10 din və xüsusiyyətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.