• 09 Noyabr 2024

Saleha qadının özəllikləri

cicekRəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz, Həzrətii Aişə (radiyallahu anha)-nın bacısının incə bir paltar geydiyini görüncə başını çevirmiş və: ” Ey Əsma! Buluğa çatdıqdan sonra qadınların, (üzünə və əlinə işarə edərək) bu və bundan başqa bir yerinin görülməsi doğru olmaz! “Buyurmuşdur. (Əbu Davud, Libas, 31/4104)
Hal-hazırda kiçik yaşlardakı qızlarımızın da geyimlərinə diqqət etmək böyük bir əhəmiyyət kəsb edir. Çünki bir ata sözündə ifadə edildiyi kimi; “Ağac yaş ikən əyilər.” Bu səbəblə “Hələ yaşı kiçikdir” deyilərək ədəbə uyğun olmayan geyim-keçim və davranışlar, əsla göz ardı edilməməlidir. Çünki bunlar zaman keçdikcə içində vərdiş halını alır. Daha sonra o səhvlərdən xilas olmaq da çox çətin olur.
Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz bir gün zəkat olaraq toplanan qoyunların yanına getmişdi. Qoyunların yanında, onlara baxmaq üçün ödəniş müqabilində tutulmuş olan bir çoban var idi. Əfəndimiz (səllallahu aleyhi və səlləm), çobanın orada yarı çılpaq vəziyyətdə gəzdiyini görüncə dərhal yanına çağırdı və:
“-Bizim Üçün neçə gün çalışdın, bizdə nə qədər alacağın var ?!” deyə soruşdu.
(Peyğəmbər Əfəndimizin bu sualı üzərinə) işdən uzaklaşdırılacağını anlayan çoban, böyük bir narahatlıq içərisində:
“Nə üçün ya Rəsulallah? Yoxsa heyvanların baxımını və nəzarətini gözəl edə bilmirəmmi? “Deyə soruşdu.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm) isə həya haqqındakı həssaslığını bu sözlərlə ifadə etdi:
“Xeyr, ondan deyil! Lakin mən, aramızda çalışan insanların yalnız qalanda belə, Allah-Təaladan həya edən kəslər olmasını arzu edirəm! Yalnız qaldığında Allah Təaladan həya etməyən adamın etdiyi işi istəmirəm! “(Beyhəqi, Şuab, X, 196/7370; Mərvəzi, Tâzîmü Kadri’s-Salah, II, 836)
Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimiz, bir hədisi-şəriflərində həya əskikliyinin qulu necə həlaka sürüdüyünü belə bəyan etmişlər:
“Əziz və Cəlil olan Allah, bir quldan nifrət edəndə ondan həyasını çəkib alır. Həya ondan çəkilib alınınca da onunla yalnız nifrət edilən kəslər qarşılaşar. Sonra ondan əmanət xüsusiyyətini çəkib alır. Ondan əmanət xüsusiyyətini çəkib alınca rəhmətini də çəkib alır. Rəhmətini ondan çəkib aldığı zaman, İslam bağını da ondan söküb almış olur. İslam bağını ondan aldığı zaman, artıq onunla azğın şeytandan başqası qarşılaşmaz. “(Süyuti, əl-Câmiu’l-Kəbir, 1/31; Beyhəqi, Şuabul-iman, nr. 7734)
Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimiz, Cənabi-Haqqa belə iltica edərdi:
“Allahım! Səndən hidayət, təqva, iffət və könül zənginliyi istəyirəm! “(Müslim, Zikir, 72)
Salehə qadının əlamətləri bunlardır:
1. Gözəlliyi Allah qorxusu,

2. Zənginliyi qənaət,

3. Bəzək və zinəti iffət.


Həya və iffət, insanı əxlaqa zidd hər cür pislikdən qoruyan və onu pisliklərdən ayıran bir pərdədir. O pərdəni yırtan bir kimsə, günah bataqlığında boğularaq pərişan olmağı əvvəlcədən qəbul etmiş deməkdir. Çünki Həzrəti-i Ömər (radiyallahu anh)-ın buyurduğu kimi; “Həyası gedənin qəlbi ölür.” Zahirən canlı, lakin mənən ölmüş bir qəlb ilə də Cənabi Haqqa yaxınlaşmaq əsla mümkün deyildir.

Mənbə:islamveihsan.com

Read Previous

Təsəttür və örtünmə haqqında ayət və hədislər

Read Next

Təsəttür və gənclik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.