• 22 Dekabr 2024

Salehi: “Bütün iranlılar sünnidirlər!”

salehi-az

İranın Xarici İşlər naziri Əzhəri-Şərifin rektoru ilə görüşüb.

Misirə səfər edən İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Qahirədə prezident Məhəmməd Mürsi ilə görüşüb. Görüşdən sonra misirli həmkarı Kamil Əmr ilə birgə mətbuat konfransı keçirən Salehi prezident Mürsi ilə suriya və digər regional problemlərin müzakirə olunduğunu deyib.

Konfransda qərb mətbuatının ərəb ölkələrindəki şiə qorxusunu daha da alovlandırdığını deyən İran XİN rəhbəri Qərbin İranı İsrailin əvəzinə ərəblərin düşməni kimi təqdim etməyə çalışdığını qeyd edib. Salehi sünniliyin islam peyğəmbərinin yolunu izləmək mənasına gəldiyi təqdirdə bütün iranlıların sünni olduğunu bildirib.

“Əgər sünnilik Həzrəti Məhəmmədin yolu ilə getməkdirsə, onda bütün iranlılar sünnidir və əgər şiəlik Əhli-beytə sevgidirsə, onda bütün sünnilər şiədirlər”, – deyə İran XİN rəhbəri vurğulayıb.

Read Previous

Almaniyada daha bir vilayətdə islam rəsmi din kimi tanınacaq

Read Next

21 Dekabr Cefengiyatı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.