• 23 Dekabr 2024

Səhabələr Quranı necə anladılar?

sahabe_kuran_nasil_anladi2-702x336İmam Malikin bildirdiyinə görə Abdullah bin Ömər ra anh, Bəqərə surəsinin üzərində tam səkkiz il çalışmışdır. Çünki o, Quran-ı Kərimi, fərzlərini və əhkamını öyrənərək və yaşayaraq oxuyurdu.
Necə ki, Həzrət-i Əbu Bəkr (radiyallahu anh) belə demişdir:
“Quranın bir ayəsinin izahını öyrənmək, mənə, onu yalnız əzbərləməkdən daha gözəl gəlir.” (İbnul-Ənbar, Kitabu Îzâhi’l-Vəqfi, I, 23)
Yenə bir şəxs, Zeyd bin Sabitin yanına gəlib, Quran-ı Kərimi bir həftədə xətm xüsusunda nə düşündüyünü soruşmuşdu. O da:
“-Yaxşı Olar.” Dedikdən sonra belə davam etdi:
“Amma mən on beş və ya iyirmi gündə bir xətm etməkdən daha çox xoşlanıram. Niyə deyə soruşsan, bu təqdirdə Quran üzərində yaxşıca düşünüb mənaları üzərində daha çox dərinləşəbilirəm. “(Muvatta ‘, Quran, 4)
Həzrəti Osman (radiyallahu anh) Quranın cəm edilməsini, yəni iki qapaq arasına toplanmasını tamamlayınca insanları şəxsi istifadələri üçün Quran nüsxələri yazmağa təşviq etdi. Çünki daha əvvəl insanlar Quranın hamısını yaza bilməmiş, yalnız bəzi surə və ayələri qeyd etmiş ola bilərdilər. Vəhyin nüzulu sona çatıb bütün ayə və surələr güclü bir heyət tərəfindən iki qapaq arasına toplandıqdan və minlərlə hafiz əshabın təsdiqini aldıqdan sonra, artıq insanlar rahatlıqla Quran-ı Kərimi bir bütün halında özləri üçün yazabilirlərdi.
Ubeydullah bin Abdullah, Həzrəti Osman (radiyallahu anh) vaxtında qəbul olunmuş nüsxələrdə Mədinə Mushafının Məscid-i Nəbəvidə mühafizə edildiyini və hər səhər camaata oxunduğunu xəbər vermişdir.
Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz və xəlifələri, İslam dünyasının müxtəlif mərkəzlərinə bir çox alim səhabələrdən Qurani Kərimi və sünnələri öyrətmək üçün göndərmişdilər. Məsələn, Musab bin Umeyr (ra) Mədinəyə müəllim olaraq göndərildiyində, insanlara İslamı izah edir və hər fürsətdə Quran oxuyurdu.
Şama göndərilən Əbud-Dərda (radiyallahu anh) orada çox uzun müddət yaşadı və çox məşhur bir elm halqası təşkil etdi. Tələbələrin sayı 1600-dən çox oldu. Onları on qrupa ayıraraq hər birinə yetişdirdiyi müəllimlərdən birini təyin etdi və səviyyələrini sırayla təftiş etdi. Bu təməl səviyyəni keçənlər, birbaşa bu mübarək səhabədən dərs alma şərəfinə nail olurdular. Beləcə daha irəli səviyyədəki tələbələr, həm Əbud-Dərda (radiyallahu anh) ilə iş görür, həm də alt səviyyədəki tələbələrə müəllimlik edə bilirdi. Oxşar metod, digər səhabələr tərəfindən başqa yerlərdə də tətbiq edildi.
Həzrəti Ömər(ra), Yezid bin Abdullahı mərkəzdən uzaqda yaşayan bədəvilərə Quran öyrətmək üçün göndərdi və bədəvi qəbilələrə gedərək təhsil dərəcələrini təsbit üçün Əbu Süfyanı müfəttiş təyin etdi. Ayrıca Mədinədə uşaqlara Quran öyrətməsi üçün üç səhabəni vəzifəlendirib hər birinə aylıq 15 dirhəm maaş təyin etdi və böyüklər də daxil hər kəsə beş ayə öyrədilməsini əmr etdi.
İbni Abbas (radiyallahu anh) yüksək səviyyədə Quran təhsili verirdi. Hara getsə insanlar ətrafına toplanırdı. Bəsrəyə getdiyində də ayağa qalxıb insanlara xitab etmiş, onlara Bəqərə surəsini oxuyub içindəki mövzuları izah etmişdir.
Bir dəfə Həzrəti Əli (radiyallahu anh) Kufə Məscidində səslərin yüksəldiyini eşidincə nə olduğunu soruşdu. Ona:
“Bəzi kəslər Quran oxuyur və öyrənirlər.” Deyildi.
“-Onlar necə də xoşbəxt insanlardır! Onlar Rəsulullah (səllallahu əleyhi və səlləm)-in yanında insanların ən sevgililəri idi! “Dedi. (Heysəmi, VII, 162)
Tabein nəslinin məşhur təfsirçilərindən Mucahid (v. 103 h.), hədis, fiqh və qiraət alimi olan İbni Əbi Leylanın (v. 83 h.) yalnız Qurani Kərimdən ibarət və insanların oxumaq üçün bir araya gəldiyi bir kitabxana təsis etdiyini xəbər verir.
Əbu Əbdürrəhman Əssüləmi, Həzrəti Osmanın xilafəti dövründə qiraət hocalığına başlamış və bu vəzifəsinə uzun illər davam etmişdir. Kufədə imamət və Quran müəllimliyi etdiyi məscidi nəzərdə tutaraq belə deyərmiş:
“-Bu Mövqedə olmağımızın tək səbəbi, Peyğəmbər Əfəndimiz (səllallahu əleyhi və səlləm)-in: “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.” Hədisi şərifindəki müjdəyə nail olma arzusudur. “(Buxari, Fədailul-Quran, 21; Tirmizi, Fədailul-Quran, 15 / 2907)
Səhabələr, Qurani Kərim ilə birlikdə Hadisi Şərif öyrənmək üçün də çox böyük bir səy göstərmişlər.
Urvə bin Zubeyr (ra anh) belə deyir:
“Bir gün bibim Həzrəti Aişə (ra) mənə:
“-Ey Qardaşımın oğlu! Eşitdim ki, Abdullah bin Amr (radiyallahu anh) həccə gedərkən bizim yanımıza gələcəkmiş. Onunla görüş və Ona (bir şeylər) soruş! Çünki O, Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimizdən çox elm nəql etmişdir.” Dedi.
Bunun üzərinə mən Abdullah (radiyallahu anh) ilə görüşərək Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimizdən nəql etdiyi şeylərə dair ona bir çox şey soruşdum.” (Müslim, Elm, 14)
Abdullah bin Amr (radiyallahu anh) Rəsulullah (səllallahu əleyhi və səlləm) zamanında hədisi şərif yazardı. Bu səbəbdən bir müddət sonra böyük bir hədisi xəzinəsinə sahib olmuşdu.
Ayrıca əshabı kiramın yalnız gəncləri deyil, böyükləri də yaşlarının çox olmasına baxmayaraq elm öyrənmək üçün böyük bir səy göstərmişlər.

Mənbə:islamveihsan.com

Read Previous

“Rəbbim Allahdır” dediyi üçün öldürəcəksinizmi?

Read Next

Bir haqq dostundan nəsihətlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.