
Sınaqlara yazılmaq üçün ödəmə kartı əldə etmək lazımdır…
Bu gündən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə kömək məqsədilə keçiriləcək sınaq imtahanlarına yazılış başlayıb. Bu barədə ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, ilk sınaq imtahanı aprelin 6-da, təkrarı isə ayın 13-də olacaq. Sınaqlara yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərsiniz.
2014-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün 6 sınaq imtahanı keçiriləcək.
Mənbə
ANS PRESS