• 22 Dekabr 2024

Sual: Namazda Qurani-kərimi kitabdan oxumaq olarmı, namazı batil edərmi? Məsələn, bir kimsə namazda uzun-uzadı Qurani-kərim tilavət etmək istəsə bunu edə bilərmi?

imagesCavab: Əvvəlcə bu mövzu ilə bağlı məzhəb alimlərinin fikirlərini qeyd etmək məqsədəuyğundur. Belə ki, Şafei və Hənbəli məzhəblərinə görə, həm fərz, həm də nafilə namazlarda qiraəti (Qurani-kərim tilavətini) müshəfdən (Quran kitabından) və ya surə və ayələrin yazıldığı bir yerə baxaraq oxumaq olar (caizdir). Malikilərə görə, fərz namazlarda məkruh, nafilə namazların başlanğıcında oxumaq caizdir. Əbu Hənifəyə görə, müshəfə baxaraq oxumaq namazı batil edər. Lakin onun tələbələri olan Əbu Yusif və Məhəmmədə görə, əhli-kitaba oxşamaq məqsədi daşıyırsa məkruh olar.

Qeyd edək ki, bu mövzu ilə bağlı məzhəblərarası ixtilafların səbəbləri və dəlilləri vardır. Belə ki, caizdir deyənlər əshabələr və tabeun dövründə belə namaz qılanlar olduğuna istinad etmişlər. Caiz olmadığını söyləyənlər isə, namazda başqa bir işlə çox məşğul olmağın namazı batil edəcəyi prinsipindən çıxış etmişlər.

Nəticə etibarilə, çox məşğul olmadan kitabdan oxuyacaq şəkildə əvvəlcədən tədbir alınar və oxunacaq qisim müvafiq yerə yerləşdirilərsə və ya divara əks olunarsa, namazda bu kimi şeylərə baxaraq Qurani-kərim oxumaq caiz olar.

mənbə:

irfandergisi.com

Read Previous

Sual: Qüslda saçları açmaq və qulaq dəliyini yumaq vacibdirmi?

Read Next

DÖRD AYDA HAFİZ OLDU, BÖYÜK HƏDİYYƏ QAZANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.