• 20 Aprel 2024

Süfrə duası

sofraاَلْحَمْدُ ِللهِ الَّذِي اَطْعَمَنَا وَ سَقَانَا وَجَعَلَنَا مِنَ ِالْمُسْلِمِينَ

اَلَّلهُمَّ اغْفِرْ وَالرْحَمْ وَاحْفَظْ صَاحِبَ الطَّعَامِ وَاْلآكِلِينَ وَ لِمَنْ سَعَي فِيهِ وَلَجَمِيعِ اْلمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ

اَلَّلهُمَّ نَوِّرْ قُلُوبَنَا بِاَنْوَارِ مَحَبَّتِك وَذِكْرِكَ يَاذَالْجَلاَلِ وَاْلاِكْرَامِ

اَلَّلهُمَّ اَحْيِنَا حَيَاةً طَيِّبَةً بِالصِّحَةِ وَالسَّلاَمَةَ وَالْعَافِيَةَ فِي الدِّينِ وَالدُّنْيَا و َاْلاَخِرَةِ اِنَّكَ عَلَي كُلِّ شَيْءٍ قَدِيرٌ اَلَّلهُمَّ اِنّانَسْاَلُكَ تَمَامَ النِّعْمَةِ وَدَوَامَ الْعَافِيَةِ وَحُسْنَ الْخَاتِمَةِ

اَلَّلهُمَّ زِدْ وَلاَ تَنْقُصْ بِحُرْمَةِ انَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِحُرْمَةِ الْفَاتِحَةِ

Oxunuşu:

Əlhamdu lilləhilləzi ətamənə və səqanə və cəalənə minəl müslimin.

Allahümməğfir vərham vəhfəz sahibəttaami vəl əkilinə və limən səa fihi vəlcəmiil mümininə vəl müminət.

Allahümmə nəvvir qulubənə biənvəri muhabbətikə və zikrikə yə zəlcələli vəlikram.

Allahümmə əhyinə hayətən tayyibətən bissihhati vəssələməti vəl afiyəti fiddini vəddünyə vələxirati, innəkə alə külli şeyin qadir.

Allahümmə innə nəsəlükə təməmənniaməti, və dəvəməl afiyəti, və husnəl xatiməti.

Allahümmə zid vələ tənqus bihurmətinnəbiyyi sallallahu aleyhi və səlləmə və bihurmətil FƏTİHATİ.

Mənası:

Bizi yedirən, içirən və bizi müsəlmanlardan eyləyən Allaha şükürlər olsun!

Ya Rəbbi! Bu təamın sahibini və bu yeməyin hazırlanmasına kömək edənləri, yemək yeyənləri və bütün möminləri bağışla, onlara rəhm eylə, onları qoru!

Ey Cəlal və İkram sahibi Allahım! Qəlblərimizi Sənin zikr və məhəbbətinin nurlarıyla aydınlat!

Ya Rəbbi! Din, dünya və axirət işlərimizdə bizə sağlıq-salamatlıq, afiyətlər ver və bizi gözəl yaşat! Şübhəsiz, Sən hər şeyə qadirsən!

Ey Allahım! Səndən nemətin tamamını, səhhətin davamını, aqibətin cəmalını istəyirik.

Ey Allahım! Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) və Fatihə hörmətinə (üzərimizdəki nemətlərini) artır, əskiltmə!

Əlhəmdülillahi rabbil aləmin əl Fatihə.

Read Previous

Zərərli davranışlardan özümüzü və ailəmizi qorumalıyıq

Read Next

GƏMİLƏRİ YANDIRAN ƏNDƏLÜSÜN FATİHİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.