Xeyli sayda rejim əsgərinin mühasirədə olduğu xəbər verilir.
Suriya rejiminə qarşı silahlı mübarizəni davam etdirən Azad Suriya Ordusu (ASO) ölkənin Həma şəhərində bir qrup BƏƏS döyüşçüsünü pusquya salaraq, məhv edib.
ASO komandanlığının açıqlamasında Həma şəhəri yaxınlığında rejim ordusuna məxsus hərbi karvanın mühasirəyə alındığı və baş verən toqquşma nəticəsində xeyli sayda zirehli texnikanın məhv edildiyi bildirilib.
Açıqlamada sözügedən bölgədə xeyli sayda silah-sursatın və raketəleyhinə silahların da ələ keçirildiyi qeyd olunub. Xarici KİV-də dərc olunan xəbərlərdə isə Əsəd qüvvələrinin ötən gecə paytaxt Dəməşqin müxtəlif səmtlərini raket və top atəşi altında saxladığı bildirilib.
/azerimuslims/