• 03 Noyabr 2024

Taliban: “Əsirlər türkdürsə, sərbəst buraxacağıq”

talib-76555555azmusƏfqanıstandakı “Taliban” hərəkatı türkləri müsəlman olduqları üçün sevdiklərini açıqlayıb.

 Əfqanıstanda “Taliban” hərəkatı tərəfindən girov götürülən 8 türkün sərbəst buraxılması ilə bağlı tərəflər arasında danışıqlar prosesi başlayıb.
Türkiyə mətbuatı daha əvvəl Sərtac Dikilidaş adlı türkü “Taliban” əsirliyindən danışıqlar yolu ilə azad edən Milli Kəşfiyyat Təşkilatının (MKT) 4 əməkdaşının yenidən Əfqanıstana göndərildiyini yazıb. “Taliban” hərəkatının sözçüsü Zəbiullah Mücahid Loqar vilayətinin Əzra qəsəbəsi yaxınlığında əsir götürülən əcnəbilərin türk olduqları sübuta yetiriləcəyi təqdirdə sərbəst buraxıla bilinəcəyini bildirib.
Mücahid Türkiyə dövlətini və xalqını müsəlman olduqları üçün sevdiklərini ifadə edərək, əsirlərin amerikalı olmadıqlarının müəyyənləşdirildiyini və Türkiyə rəsmilərinin təmasa keçməsini gözlədiklərini qeyd edib.

/azerimuslims/

Read Previous

Axirət

Read Next

Həcc qiyməti və vaxtı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.