• 21 Noyabr 2024

Torpağın belə qəbul etmədiyi cəsəd

topragin_kabul_etmedigi_ceset2Bir qul üçün, Allaha qovuşmaqdan daha böyük bir izzət və Allahdan uzaq qalmaqdan daha böyük bir zillət ola bilməz.
Allahu Təalanın dəyər verdiyi kəslər, iman nemətini könüllərinə, eşq və vəcd ilə həkk etdiklərinə görə izzət qazanmışlardır. Onun məhəbbətindən nəsib ala bilməmiş bəxtsiz könüllər isə, addım-addım İblisin izini təqib etdiklərinə görə zəlil olmuşlardır.
Belə ki, tarixin silinməz səhifələri, Allahın hidayət çağırışına uymayan, Haqq dinə xəyanət edərək dini təhrifə cəhd edən və öz düşüncəsinə görə Allahın ayələrini şərh edənlərin faciəvi aqibətini bildirən mənzərələrlə doludur. Bu mənzərələrdən biri də Ənəs min Malik (radiyallahu anh)-ın bizlərə nəql etdiyi bu hadisədir:
“(Nəccaroğullarından) Xristian bir adam var idi. Sonradan müsəlman oldu, Bəqərə və Əli-İmran surələrini oxudu (əzbərlədi). Peyğəmbər -səllallahu əleyhi və səlləm- Əfəndimizə bir müddət vəhy katibliyi də etdi. Lakin bu bəxtsiz adam, daha sonra xristianlığa geri döndü. Bu mürtəd, yəni dindən dönən adam:
“-Məhəmməd Bir şey bilməz, yalnız mənim ona yazdığım şeyləri bilir” deyə yalanlar uyduraraq böyük bir xəyanət etdi.
Bunun üzərinə Allah Təala (dininə və Peyğəmbərinə etmiş olduğu xəyanət və ədəbsizliyinə görə) onu həlak etdi. Xristianlar cənazəni dəfn etdilər. Lakin səhər olunca yerin (torpağın) onu çölə atdığını gördülər. (Bunun üzərinə dərhal müsəlmanlar əleyhinə): “-Bu, Məhəmməd və əshabının işidir. Onların arasından çıxıb qaçdığı üçün bu din qardaşımızın kəfənini çıxarıb onu çölə atdılar.” Deyə böhtan etdilər.
Daha sonra o şəxs üçün bir az daha dərin bir çuxur qazıb cəsədini basdırdılar. Lakin səhər olunca torpaq onu yenə çölə atdı. Xristianlar, daha əvvəl söylədiklərini yenə təkrarlayaraq bu səfər daha böyük bir çuxur qazdılar və gücləri çatdığı qədər də dərinləşdirdilər. Lakin səhər olunca, yerin, onu yenə üzü üstü çölə atmış olduğunu gördülər. Bunun üzərinə anladılar ki, bu, insanlar tərəfindən edilən bir iş deyil. Sonra onu orada tərk edib getdilər. (Buxari, Mənaqib, 25; Müslim, Münafiqin, 14)

Bu hadisə ilə əlaqədar olaraq Əhməd ibn Hənbəl bu əlavələri zikr etməkdədir:
Ənəs bin Malik rəvayətinə davamla deyir ki: Adam öldüyündə Rəsulullah -səllallahu əleyhi və səlləm-: “-Yer Onu qəbul etməz!” Buyurdu. Ögey atam Əbu Talha, adamın öldüyü yerə getdi. Onun çölə atılmış olduğunu gördü və ətrafındakılara: “-Bu Adamın vəziyyəti nədir?” Deyə soruşduqda, onlar:
“-Bu şəxsi dəfələrlə basdırdıq, ancaq torpaq onu çölə atdı, qəbul etmədi.” Dedilər. (Əhməd, III, 120)

Beləcə, İslam nemətinin qiymətini bilməyib Haqq dinə xəyanət edən və bununla da kifayətlənməyərək dini təhrifə cəhd edən bir bədbəxtin qiyamətə qədər dillərdə gəzəcək qəmli axırının ibrət dolu hekayəsi…

Mənbə:islamveihsan.com

Read Previous

Hədislərlə dünya və axirət müqayisəsi

Read Next

Aprel-2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.