• 23 Noyabr 2024

ÜMRƏ QADAĞASI HƏLƏ BİR MÜDDƏT DƏ DAVAM EDƏCƏK

Səudiyyə Ərəbistanı Krallığı, pandemiya səbəbindən ölkədə tətbiq edilən karantin rejiminin yumuşaldılması üçün növbəti mərhələni açıqlayıb. Rəsmi SPA agentliyinin yaydığı məlumata görə, 28-30 may tarixlərini əhatə edən ilkin mərhələdə, Məkkə xaric ölkənin bütün şəhərlərində səhər saat 06.00-dan gündüz saat 15.00-ə qədər bayıra çıxmaq sərbəst olacaq, bu vaxt şəxsi avtomobillərdən də istifadə etmək mümkün olacaq.

Həmin mərhələdə gözəllik salonu, bərbərxana, idman zalı, əyləncə mərkəzi və kino-teatr kimi sosial məsafə qaydalarının tətbiq edilməsinin çətin olduğu yerlər bağlı qalacaq.

31 may – 20 iyun tarixlərini əhatə edən 2-ci mərhələdə isə yenə Məkkə xaric bütün ölkədə bayıra çıxma saatı artırılaraq 06.00 – 20.00 olacaq. Bu mərhələdə ölkədəki bütün məscidlərdə cümə və vaxt namazlarının qılınmasına da izn veriləcək.

Kəbəyi-Şərifdə isə cümə və vaxt namazlarının qılınması məhdud sayda insanla davam edəcək.

Dövlət qurumları, nazirliklər və özəl şirkətlər, hökumətin müəyyən edəcəyi meyarlar istiqamətində fəaliyyətini bərpa edəcək. Bu mərhələdə daxili reyslə hərəkət edən təyyarə uçuşları da bərpa ediləcək.

Üçüncü mərhələdə – 21 iyundan sonra Məkkə xaric bütün ölkə pandemiya sonrası normal həyata qayıdacaq.

Bu vaxt ümrə və Məscidi-Nəbəvi ziyarətlərinin hələ də məhdud olacağı bildirilib.

islamveirfan.com

Read Previous

BİR DƏ GƏLƏCƏKMİ?

Read Next

MAYIN 29-DA AYASOFİYADA CÜMƏ NAMAZI QILINACAQMI? – ERBAŞDAN AÇIQLAMA