• 22 Dekabr 2024

Uşaq tərbiyəsində 4 əsas qayda

cocuk_terbiyesiValideyinlərin ən əhəmiyyətli vəzifələrindən biri də, Uca Allahın, İslam fitrəti üzrə onlara lütf etdiyi övladlarını xeyr və fəzilətlə böyütməkdir. İmanlı, istiqamət əhli və vətənpərvər övlad yetişdirmək, validyinlər üçün böyük bir məsuliyyət olmaqla bərabər, öldükdən sonra onların əməl dəftərlərinə xeyir və savab yazılmasına da vəsilədir.
Uca Rəbbimiz buyurur: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).” (ət-Təhrim, 6)
Rəsulullah (səv) əfəndimiz buyurdu: “Hamınız çobansınız və hamınız güddüklərinizdən məsulsunuz. Kişi, ailəsinin çobanıdır və sürüsündən məsuldur. Qadın, ərinin evinin çobanıdır və sürüsündən məsuldur.” (Buxari, Vesaya, 9; Müslim, İmarə, 20)
Ailə ocağında, övladın dünyaya gəlməsi ilə, övlad haqqı, əvvəla övlada gözəl bir ad qoymaqla başlayır.
Ağıllı kəslər, uşaqlarının tərbiyəsi barəsində orta yol tutarlar. Onları nə həddindən çox ərkəsöyün, nə də həddindən çox qorxaq böyütməzlər. Çünki çox qorxu uşağın, ana-ataya qarşı sevgisini azaldar. Halbuki uşağa lazımi qaydada olmaq şərtiylə sevgi və şəfqət göstərilməlidir.
Bəzi kəslər də uşaqlarına qarşı həddindən artıq düşkündürlər. Buna görə də uşaqlarının yerli yersiz hər istək və arzularını xoş qarşılayıb, belə hərəkət etməklə, onların tərbiyələrinə laqeyd yanaşmış olurlar. Belə yetişdirilən uşaqlarda hər istəklərinin yerinə yetirilməsi qənaəti meydana gəlir. Böyüyəndə də ana-ataya qarşı itaətkar ola bilməzlər. Bunun əksinə valideyinlərinə qarşı üsyankar olarlar.
Bəziləri də uşaqlarına həddindən artıq təzyiq göstərərlər. Onlara az da olsa sərbəstlik verməzlər. Zərurət halında belə danışmasına icazə verməzlər. Belə olunca da, zahirən uşaq itaətkar görünsə də, bu hal onu üsyana vadar edər.
Hər şeydə olduğu kimi uşaq tərbiyəsində də orta yolu seçmək lazımdır.
Uca Rəbbimizin bizlərə bəxş etdiyi övladlarımızın, görünüşləri və hətta rəngləri belə biri birinə bənzəməz. Onların xarici görünüşləri fərqli olduğu kimi, ağıl, zəka və qavramaları da fərqlidir. Uşaq tərbiyəsini mərhələli şəkildə bu cür sıralaya bilərik:
1. Bəzi uşaqlar yaradılış etibarilə, çox incə ruhlu və həssas olurlar. Onlara gülər üz və nəzakətlə rəftar edilməlidir. Çünki onlar duyğulu olduğu üçün kiçik bir işarə ilə hal və hərəkətlərini, səhvlərini düzəldər, nəzakət və yumşaq rəftardan həzz alarlar. Sərt davranış onları incidər və narahat edər. Belə uşaqlar cəmiyyətimizdə çox azıdır.
2. Bəzi uşaqlar isə 1-ci bənddə göstərdiyimiz bu cür tərbiyə şəklindən anlaya bilməzlər. Onlara birbaşa “bunu et, bu faydalıdır. Bunu etmə bu zərərlidir” demək lazımdır. Necə olsa gələcəkdə öz səhvini anlayarlar deyib, söylənilməsi zəruri olan sözü söyləməkdən çəkinməməliyik.
3. Bəzi uşaqlar isə duyğusuz və anlayışsız olur. Onlara söz kar etməz. Bunlar da sıra ilə istəklərini məhdudlaşdırma və ya tənhalıqda təhdid etmə və azarlama surətiylə tərbiyə edilirlər.
4. Elə uşaqlar da vardır ki, onlar ana-ataya qarşı sayqısızdır. Gözəl rəftardan heç vaxt anlamazlar. Səbəbi isə, pis yoldaşlarla yaxınlıq etmələri, ana-atalarının da bu xüsusa diqqət etməmələridir. Bir dəfəyə məxsus olmaq üzrə onları üzünə və kürəyinə vurmamaq şərti ilə gözəlcə kötəkləmək lazımdır ki, gözü qorxsun və bir daha eyni əxlaqsızlığı etməsin. Bu cür uşaqların əgər yaşları xeyli irəliləmişdirsə onlar öz halına buraxılır. Çünki, onlar bu cür sərt davranışda ana-atanı döyməyə cəhd edərlər. Allaha şükürlər olsun ki, belə uşaqlar cəmiyyətimizdə çox azdır.

Mənbə:islamveihsan.com

 

Read Previous

Allah sevgisini necə qazana bilərik?

Read Next

Mart 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.