• 02 Dekabr 2024

Uşaqları cinsi təcavüzdən qorumaq üçün nə etmək lazımdır?

Ailələr, son vaxtlarda övladlarında baş verən dəhşətli təcavüz və istismar səbəbindən qorxu yaşayır. Bəs valideynlər uşaqlarını cinsi təcavüzdən və təhqirdən qorumaq üçün uşağa nə öyrətməlidirlər?
Cinsəl hərəkət və davranışlarla uşağa yaxın olmağa çalışmaq cinsi təcavüz hesab edilir. Uşağınızın hər hansı bir yanlış davranışını sizinlə bölüşməsi və bu davranışa qarşı tədbir alınması üçün ona uşaq dilində bəzi əsas məsələləri öyrətməlisiniz. Unutmamaq lazımdır ki, uşaqlar ən çox tanıdığı və müəyyən bir səviyyədə güvəndiyi böyüklər tərəfindən təcavüzə uğrayır.

Bəs uşaqlarımıza bu və bunun kimi şeylər necə öyrədilməlidir?

Uşaqlara hər hansı bir kimsənin onların istəmədiyi şəkildə toxunduğunda və ya onların özlərinə yaxud da başqalarına toxunmaları istəndiyində uşaqları onlara “YOX” demək üçün öyrətməliyik.

Uşaqlar danışmağa başladıqları dövrdə onlara bütün bədən üzvləri, göz, qulaq və burun öyrədildiyi kimi “övrət yerləri”nin də adları öyrədilməlidir. Bu yerlərin anatomik cəhətdən düzgün adlarını öyrətmək və ləqəb adlardan istifadə etməmək vacibdir. Əgər uşağın bu yerlərə aid bir problemi varsa, ona kömək etmək istəyən böyüklərlə rahat anlaşa bilməz. Bu yerlərin ləqəb adları ilə danışan bir uşaq, müəllim yaxud polis kimi ona kömək etmək istəyən şəxslər tərəfindən düzgün başa düşülə bilməz.

Hər kəsin olduğu kimi onların da “xüsusi” bədən üzvləri vardır. Bu üzvlərin adlarının nə olduğu, onlara hansı şərtlərlə kimin necə toxunduğu və bu yerləri qorumaq üçün onların nə etməsi lazım olduğu uşaqlara öyrədilməlidir.

Uşaqların cinsi istismar edildiyi necə öyrənilə bilər?

1.Uşağın normaldan artıq içinə qapanıq və ya huysuz olması

2.Gecə yuxusuzluq problemi və kabus görməsi

3.Yaşının irəliləməsinə baxmayaraq bəzi kiçik yaşlı davranışlar göstərməsi (məsələn, tualet ehtiyacını normal edə bilən bir uşağın yatağını islatması)

4.Ani əsəb və hirslənmələrin müşahidə edilməsi

5.Bəzi məkan və ya şəxslərdən ani qorxu və tərəddüd hissi keçirməsi

6.Yemək yeyərkən dəyişiklik hiss edilməsi (az və ya çox yemək kimi)

7.Cinsi orqanlar haqqında yaşından yuxarı səviyyədə bilgi artımı göstərməsi

8.Oyuncaqlar ilə oynayarkən öz yaşına uyğun olmayan cinsi hərəkətlər sərgiləməsi

9.Özünə zərər vermə davranışlar sərgiləməsi (kəsmə, saç kəsmə və s.)

10.Evdən və ya məktəbdən qaçması

11.Cinsi orqanlarında ağrı, rəng dəyişimi (çürük kimi) və ya qanaxma olması

12.Tualetdə olarkən ağrı (çox vaxt) olması

İnsanlara güvənmədiyimiz bir dünyada yaşamağımıza baxmayaraq uşaqlarımızın bu mövzuda bizə məlumat verməsini önəmsəməli və diqqətə almalıyıq.

Mənbə:islamveihsan.com

Read Previous

Avqust 2017

Read Next

Aşura günü nə kimi işlər görmək olar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.