• 27 Dekabr 2024

UŞAQLARIMIZI NECƏ TƏRBİYƏ EDƏK?

Kiçik olanda qonşunun bağçasının yanından keçərkən iri-iri, rəngarəng meyvələri görüb, ağzınızın suyu axıb, özünüzü tuta bilməyib, gizli-gizli meyvə yemisiniz mi?

Əminəm ki, çoxu bu suala, bəli cavabını verəcək və ya bəli deyə bilməsə də 3-5 dəqiqəliyinə uşaqlıq illərində etdiyi bu dəcəlliyi təbəssümlə xatırlayacaq.

Sevgili Peyğəmbərimizin (s.a.v) zamanında da belə bir hadisə yaşanmışdı. Rəfi adında kiçik, dəcəl bir uşaq gizlicə xurma bağçasına girir və xurmaları daşlamağa başlayır. Bunu görən bağçanın sahibi onun qulağından tutur. Rəfi tir-tir titrəməyə başlayır. Bağça sahibi əsəbi halda dəcəl uşağı cəzalandırması üçün insanların ən rəhmlisinin yanına aparır. Peyğəmbərimiz bu hadisəni bağça sahibindən dinləyib Rəfiyə tərəf dönərək şəfqətli bir səs tonuyla:

“Övladım, xurma ağacını nə üçün daşlayırdın?” deyə soruşur.

Rəfi: Ac idim, yemək üçün daşladım”, cavabını verir.

Bundan sonra Peyğəmbərimiz (s.a.v) belə buyurur:

Bir daha xurmaları daşlama, dibinə tökülənləri ye!”

Ardından uşağın başını oxşayıb, ona,” Allahım! Onun qarnını doyur” deyərək dua edir.

Şəfqət Peyğəmbəri dəcəl bir uşağa qarşı necə davranmaq lazım olduğunu bizlərə necə gözəl göstərmişdir, elə deyilmi? Hirs yox, cəza yox, döymək yox, danlamaq yox, alçaltmaq yox, pis söz yox, “sən oğrusan” deyərək ömür boyu xatırlanacağı pis bir damğa yoxdur.

Bəs nə var?

Sevgilə yaxınlaşmaq var! Şəfqətlə yaxınlaşaraq günahını qəbul etdirmək var! Günahını qəbul edən uşaq nə etməz? Yalan söyləməz.

Yalnız bağça sahibi olan böyüyü dinləməklə kifayətlənməyib uşağı da dinləyərək dəyərləndirmişdir. Qadağa gətirdikləri, yəni “əsla bir daha ağacları daşlama” dedikdən sonra, “yerə tökülənləri yığ” deyərək başqa alternativ yol göstərmişdir. Uşağa təbəssüm edərək və başını oxşayaraq güvən vermişdir. “Qorxma, mən sənin yanındayam, səni qoruyacağam” mesajını uşağa çatdırmışdır.

Uşaqlara da ən təsirli tərbiyə metodlarından biri toxunmadır. Bundan başqa uşağı oxşayan əlin sahibi Aləmlərin sultanı olduqda iş tam fərqli bir ölçü qazanmışdır.

Allahın Rəsulu (s.a.v) uşaqlara “necə olsa uşaqdır” deyərək deyil, “sabahlara ümid olacaq böyük şəxsiyyətlər” olaraq baxmışdır.

Read Previous

KİTAB OXUMAĞIN FAYDALARI

Read Next

BİR ƏFV DASTANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.