• 22 Dekabr 2024

Uşaqlarımızı tərbiyələndirməyin 12 qaydası

usaqUşaqlarımızı gözəl əxlaq sahibi etmək yaşadığımız dövrdə günü gündən çətinləşməkdədir. Əvvəlki illərdəki kimi bütün deyilənlərə əksiksiz yerinə yetirən, ana atasının söylədiyi hər şeyi qəbul edən bir nəsil artıq yoxdur. Hal belə olunca, valideynlər üçün də orta yolu tuta bilmək çox çətin olur. Bəzən uşaqlarla, bilmədən ünsiyyət qopuqluğuna səbəb olmaq xoşagəlməz halların başverməsinə gətirib çıxarır. Bu dövrdə həm təcrübəli valideynlərdən həm də mütəxəssislərdən uşaq tərbiyəsi ilə əlaqədar məlumat almaq böyük əhəmiyyət daşıyır.

Mütəxəssis Hipnoterapist Gani Eser, valideynlərə uşaq yetişdirməyə dair 12 əhəmiyyətli qaydanı açıqladı.

1. Uşaqlarınız arasında cinsiyyət ayrı-seçkiliyi etməyin.

2. Uşaqlarınızı bir-birləriylə və ya başqa uşaqlarla müqayisə etməyin!

3. Onlarla fərdi vaxt keçirin. Hər biri üçün ayrı zaman dilimləri yaradın.

4. Sizin yanınızda özlərini güvəndə hiss etmələrini təmin edin. Onlarla uşaq kimi rəftar edin.

5. Göz təması qurarkən əyilin ya da çöməlin. Gözləriniz onlarınkı ilə eyni xəttdə olsun.

6. Tez-tez “dostum, yoldaşım” kimi xitab formaları başlarının qarışmasına səbəb olacağı üçün “oğlum” ya da “qızım” deyə səslənin.

7. Oyun oynayarkən onlara bəzi şeylər öyrədin öyrədin və tamamilə onlarla olun. Cib telefonu, planşet kimi əşyalarınızı söndürüb bir kənara qoyun.

8. Xəta etmələrinə icazə verin. Etdikləri gözəl davranışlara görə təqdir etməyi unutmayın.

9. Yıxıldıqda qaldırmayın və edə biləcəkləri işləri siz yerinə yetirməyin.

10. Məsuliyyət verin. Ev heyvanları və ya çiçəklərin qulluğu mövzusunda kiçik vəzifələr verin. Yerinə yetirəndə də tərifləyin və mükafatlandırın.

11. Sənətlə bağlı işlərdə onları dəstəkləyin. Çəkdiyi hər rəsmi bəyənin. Öyrəndiyi dua və surələri oxuması üçün köməkçi olun. Birlikdə söyləyin. Onun qabiliyyətlərindən istifadə edin.

12. Söz və davranışların bir-birinə uyğun gəlməsi uşaq yetişdirmənin ən əhəmiyyətli qanunudur. Sözünüzlə hərəkətiniz bir birinə uyğun gəlmirsə uşağınız sizə olan etibarını itirər. Davranışlarınız onlara bələdçilik edəcəkdir. Ən əhəmiyyətli rol modelləri olduğunuzu unutmayın və hər davranışınızın təqlid edildiyini bilin.

Mənbə:

Read Previous

Namaz Vaxtı 1.0

Read Next

Dualarımız nə üçün qəbul olmur???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.