• 22 Dekabr 2024

Xəstəxanada Quran kursu açıldı!

xestexanada-quran-kursu

Türkiyənin İzmirin Buca bölgəsində olan dövlət xəstəxanalarından Seyfi Demirsoy Xəstəxanasının rəhbərliyi, Bölgə Müftiliyi ilə razılığa gələrək xəstəxanada qadınlar üçün Quran kursu açaraq bunun üçün yeməkxananın toplantı salonunu ayırdı. Xəstəxana rəhbərliyi həftənin iki günü 16:30-la 18:30 arasında veriləcək kursun, qadın işçi heyətinin tələbilə başladığını bildirdi. Təxminən iki həftədir ki, qadın işçi heyətinə kurslar keçilir.

Xəstəxana rəhbərliyi gələn tələbə əsasən Quran kursunu açdıqlarını deyərkən, müftilik “Hətta məktəblərdə də açarıq”, – dedi. Sağlamlıq və Sosial Xidmət Zəhmətkeşləri Dərnəyinin İzmir Şöbəsinin rəhbəri Dr. Vəli Atanur ise dedi: “Bu, cəmiyyəti itaətkar etmək və dindar nəsil yaratmaqla bağlı atılan addımdır.”

Şişirtməyin, taxta boyama kursumuz da var!

Məsələ ilə bağlı fikrini bildirən xəstəxananın rəhbəri Opr. Dr. Əli Kasap xəstəxanada musiqi, ingilis dili və taxta boyama kurslarının da olduğunu, bəzilərinin hələ də davam etdiyini, tələblərə əsasən Quran kursu da açdıqlarını bildirdi. Buca müftiliyindən olan bir müəllimin müəyyən edilən gün və saatlarda xəstəxanaya gələrək tibb bacılarına Quran kursu verdiyini bildirən Kasap, burada şişirdiləcək heç nə olmadığını, bir taxta boyama kursu ilə Quran kursu arasında elə də böyük fərq görmədiyini bildirdi. Tələb olduqda kişi işçilərə də bu kursun veriləcəyini bildirən Kasap, məsələnin şişirdilməməsini qeyd etdi.

Müftilik: tələb olsa, məktəblərdə də açarıq

Buca müftisi Adəm Gülmək ise, sentyabr ayında dəyişən qanunvericiliklə yanaşı, bütün Quran kursu tələblərinə cavab verəcəklərini, kifayət qədər şəxs olduqda bütün ictimai təşkilatlarda Quran kursu vermək səlahiyyətlərinin olduğunu bildirdi. Bölgə rəhbərliyinin təsdiq etdiyi hər tələbə müəllim göndərməklə cavab verdiklərini bildirən Buca müftisi, məktəblər də daxil olmaqla hər yerdə xidmətlər göstərməyə hazır olduqlarını bildirdi.

Etiraz edənlər…

Xəstəxananın Quran kursu açması ilə bağlı fikirlərini bildirən Sağlamlıq və Sosial Xidmət Zəhmətkeşləri Dərnəyinin İzmir Şöbəsinin rəhbəri Dr. Vəli Atanur, bazarı yaranan və getdikcə daha çox mənfəət gətirən sistemin itaətkar və nizam-intizamlı işçilər tələb olunduğunu, bu kursun da həmin məqsədə xidmət etdiyini bildirdi. Qadın işçilər üçün verilən kursun mühüm olduğunu deyən Dr. Atanur, cəmiyyətin ən dinamik amillərindən biri olan qadınların itaatkar edilməsilə sistemin rahat şəkildə işləyəcəyini bildirərək bunun, hökumətin istədiyi dindar nəslə aparan yolu qısaldacağını qeyd etdi.

Read Previous

Nostradamus kimdir?

Read Next

Baş örtüyü işdən uzaqlaşdırmağa səbəb ola bilməz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.