• 02 Dekabr 2024

Xeyirli insan kimdir?

denizPeyğəmbər Əfəndimizin hədisi-şəriflərində çox yerdə rast gəldiyimiz “sizin ən xeyirliniz” ifadəsi, çox müxtəlif mövzularda xeyirli insanın kim olduğunu ortaya qoyur.
“Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.” (Buxari, Fədailul-Quran, 21)
“Sizin ən xeyirliniz insanlara faydalı olandır.” (Beyhaki, Şuab, VI, 117),
“Sizin ən xeyirliniz xanımlarına gözəl davranandır.” (Tirmizi, Rasa, 11/1162)
“Sizin ən xeyirliniz salamı yayandır.” (Bax: Əbu Davud, Ədəb, 132-133 / 5197)
“Sizin ən xeyirliniz qonşusuna yaxşı davranandır.” (Tirmizi, Birr, 28/1944) kimi …

Xeyr,  yaxşılıq deməkdir. Şər isə, zərər, ziyan və qəbahətə səbəb olan şeydir. Quran-ı Kərimdə “xeyr” sözü, 139 yerdə keçməsinə baxmayaraq, “şər” sözü daha az keçir.

Quran-ı Kərimdə çox yerdə xeyr, yaxşılıq mənasında istifadə edilmişdir. Yaxşılıq isə, İslamın uyğun görüb ağılın da təsdiq etdiyi, fitrəti pozulmamış bütün insanlar tərəfindən yaxşı qəbul edilən şey deməkdir.

Vabısa İbn-i Məbəd (ra) belə deməkdədir:

Bir gün Rəsulullah -səllallahu əleyhi və səlləm-in hüzuruna getmişdim. Mənə:

“-Yaxşılığın nə olduğunu soruşmağa mı gəldin?” Buyurdu.

“Bəli.” Dedim. O zaman bunları söylədi:

“Qəlbinə nəzər sal. Yaxşılıq, uyğun gördüyün və edincə də qəlbinin təsdiq etdiyi şeydir. Günah isə içini narahat edən və başqaları sənə «et» deyə fətvalar versə belə içində şübhə və tərəddüd oyandıran şeydir. “(Əhməd b. Hənbəl, Müsnəd, IV, 227-228; Darimi, Büyu ‘, 2.)

XEYİRLİ İNSANIN XÜSUSİYYƏTLƏRİ NƏLƏRDİR?

Bəs görəsən xeyirli insanın xüsusiyyətləri nələrdir?

Etiqadı düzgün, elmi səhih, niyyəti xalis, hədəfi doğru, yolu sırati-müstəqim, prinsipləri məqsədəuyğun, əxlaqı gözəl, əməli saleh insan, “xeyirli insan” dır.

Özünü, başda Allahın əmr etdiyi şeyləri öyrənmək üçün yetişdirməyə çalışan insandır.

Bu, ilk vəhy olan “Oxu!” Ayəsinin gərəyidir. Faydasız şeylərdən üz çevirmək, boş şeylərlə məşğul olmamamq lazımdır.

XEYİRLİ İNSANIN DUASI

Fatihə surəsində hər gün namazlarımızda oxuduğumuz “Bizi doğru yola yönəlt!” (Əl-Fatihə, 5) ayəsi, xeyirli insanın bu istiqamətdəki duasıdır. Dümdüz yol, Rəbbimizin bir hidayət qaynağı olaraq göndərmiş olduğu Quran yoludur. İnsan özünə verilən məhdud ağlı ilə doğru yolu tapa bilməz. Qurani Kərim, doğru yolu tapmaq üçün üçün ən gözəl rəhbərdir.
Möminin prinsiplərinin məqsədəuyğun olması da yenə mənəvi dünyasını ilahi vəhylə nizama salması ilə əlaqədardır. Allah, mömin qulunun qəlb gözünü açar, ona fərasət verər və onu gözəl qərarlar almağa müvəffəq edər. Yəni Allah, ixlas və səmimiyyət içində olan quluna səhv etdirməz və onun yolunu açar. Bu da möminin işində və etdiklərində prinsip sahibi olmasına vəsilə olar.

Xeyirli insanın digər bir xüsusiyyəti də “əxlaqının gözəl olması” dır. O, gözəl əxlaq nümunəsi Peyğəmbər Əfəndimiz (səv)-i özünə nümunə almışdır. Çünki Allah, bütün iman sahiblərinə Peyğəmbər Əfəndimizi uca bir əxlaq üzrə yaratdığını (Qələm, 4) xəbər vermiş və Onun hər halının “üsvə-həsənə” (Əhzab, 21) olduğunu bəyan buyurmuşdur. Rəngini, Peyğəmbərinin rəngindən alan möminin əxlaqı da “peyğəmbər əxlaqı” kimi gözəl olur.

Ömür dəftərindəki hər gününü, bir əvvəlkindən daha xeyirli və saleh əməllərlə dolduran bir möminin, həyatı da “xeyr”, ölümü də “xeyr” olaraq Rəbbinə qovuşar.

Rəbbimiz bizləri xeyirli insanlardan və xeyir işlərində yarışan sevimli qullarından etsin. Amin!

Mənbə:

Read Previous

Ramazan ayı nə vaxt başlayır

Read Next

Ramazan ayı ilə bağlı fətva verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.