• 22 Dekabr 2024

Xoşbəxt övlad tərbiyə etməyin yolları

xosbext evladUşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

1.Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

2.“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.

3.Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.

4.Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.

5.Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin.

6.Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.

7.Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.

8.Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır.

9.Övladınıza dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.

10.Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.

Mənbə:valideyin.az

Read Previous

Gözün təsəttürü

Read Next

“Şəhidlər məscidi” ibadətə açıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.