• 23 Dekabr 2024

“Yanacağı insan və daşlar olan” Cəhənnəm

فَاِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّت۪ي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُۚ اُعِدَّتْ لِلْكَافِر۪ينَ 

Madam ki, belə bir işi bacarmırsınız, və heç bacara da bilməzsiniz, o halda kafirlə üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin![1]

Ayədə keçən od, cəhənnəm odudur. Bu atəşin yanacağının insan və daşların olması düşündürücüdür. İnsanlar bu ayənin gəlməsindən yüz illər sonra kömürü tapıb yandırdıqları zaman, daş kimi şeylərin də yandığını öyrəndilər. Cəhənnəmin yanacağı olan daşlar isə necə daşlardır bilmirik. Bəzi təfsirçilər bu daşlardan məqsədin insanların tapdıqları daş heykəllər, bütlər olduğunu düşünürlər. “Şübhə yoxdur ki, siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə, cəhənnəm odunusunuz. Siz ora varid olacaqsınız!”[2] ayəsi də bu fikri dəstəklər mahiyyətdədir. Ancaq heykəl və bütlərin xam maddəsi də olsa daş, və ya əsyanın cəzalandırılması adil və doğru görülməməkdədir. Buna görə də, cəza olaraq yandırılanları “şüurlu və iradə sahibi varlıqlar” olaraq anlamaq, daş yanacağı isə qeyb aləminə aid, mahiyyəti bizcə bilinməyən bir şey olaraq yorulmamaq daha doğru olar. Hədislərdə anladılanlara görə cəhənnəm atəşi yandırıcılıq yönündən dünya atəşindən yetmiş misli daha şiddətlidir.[3] Günümüzdə lazernən almaz kəsilməkdədir. Mahiyyətini bilə bilmədiyimiz atəşlə də, daşların yanması mümkündür. İnsan bədəni kimi zərif cisimlərin belə bir atəşdə ölmədən və tükənmədən əzab görməsini təsəvvür etmək özü nə qədər dəhşət vericidir. Qurani Kərim, insanları belə bir atəşdən xilas etmək üçün, qorumaq üçün və onları ilahi rəhmətə, cənnətə , əbədi səadətə səsləməkdədir.

Qaynaq: Quran Yolu Təfsiri, cild 1 səhifə: 89-90


[1] əl-Bəqərə 24

[2] əl-Ənbiya 98

[3] Buxari, Bədül – xəlq 10

Read Previous

Riya

Read Next

Ərəb dili dərsləri – səkkizinci dərs