• 22 Oktyabr 2020

YAPON GƏNC BU SƏBƏBDƏN MÜSƏLMAN OLDU

Yaponiyalı gənc, paytaxt Tokioda fəaliyət göstərən Türkiyə “Diyanət” vəqfinə aid məsciddə İslam dinini qəbul edib. İslamveirfan.com xəbər verir ki, bu barədə məlumat “Diyanət”in rəsmi saytında yayılıb. Yapon Toshio Vatanabe məsciddə kəlimeyi-şəhadət gətirərk müsəlman oldu. Məscidin imamı ihtida edən Vatanabeyə yapon dilində Quran tərcüməsi və dini kitablar hədiyyə edib. Vatanabe İslam dinindəki tevhid inancının təsiri ilə bu dini qəbul etdiyini açıqlayıb.

“Ölüm hadisəsi mənə təsir etdi və dinləri araşdırmağa başladım. Xristianlığı tədqiq etdim və teslis inancını qəbul edə bilmədim. Yəhudilik də müəyyən bir irqə məxsus olduğu üçün mənimsəyə bilmədim. Şintoizm və buddizm çoxtanrılı bir din olduğu üçün onları qəbul etmidim. İslam dinini tədqiq edəndə Qurani-Kərimin tərcüməsini 3 dəfə başdan axıra qədər oxudum.  

İslamın beynəlmiləl din olması, bütün bəşəriyyəti əhatə etməsi, ölüm və sonrasına aid məlumatlarla arada heç bir vasitə olmadan Allaha yönəlmək və dua edə bilmək mənə çox təsir etdi və müsəlman oldum.” – deyə Vatanabe bildirib.

Mənbə: islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 14 dəfə.

Müşfiq Xəlilov

Read Previous

SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNAN AZAN İSLAM DÜŞMƏNİNİ NARAHAT ETDİ

Read Next

Həzrəti Peyğəmbərin Hədislərində Karantin Qaydaları