• 29 Mart 2024

Yaxşı ata-ana olmaq üçün nə etmək lazımdır

valideyn“Bu dövrdə uşaq yetişdirmək çox çətindir” deyənlərdənsinizsə “Mütləq etməli olduğunuz “ və “qətiyyən etməyəcəyiniz” bəzi davranışlara diqqət etsəniz, yaxşı ana-ata olmaq o qədər də çətin deyil.

Mizaç, qabiliyyətlər, zəka, fiziki xüsusiyyətlər, doğuşdan müəyyən olan bir təməl kimidir. Bu təməlin üzərinə ətrafdan öyrənilənlər inşa edilər və uşağın şəxsiyyətini meydana gətirər. Bu səbəbdən, bizə düşən vəzifə “inşaat” qismini əlimizdən gəldiyi qədər yaxşı etməkdir. “Mütləq etməli olduğumuz” və “qətiyyən etməyəcəyimiz” bəzi davranışlara diqqət yetirsək, həm xoşbəxt həm də müvəffəqiyyətli bir uşaq yetişdirmək çox da çətin olmaz. Unutmayın ki bu “inşaat” hamilə qaldığınız gün, həyat tərzinizə, yediklərinizə, öz sağlamlığınıza diqqət yetirərək başlayır. Doğumun ilk anlarından etibarən onunla qurduğunuz əlaqə və ünsiyyət, onun ehtiyaclarına göstərdiyiniz həssaslıq və fədakarlıq, möhkəm bir əlaqə üçün ilk addımdır. Bu əlaqə və ünsiyyət həm özünə, həm də başqalarına güvən duyğularını inkişaf etdirir və bütün həyatı boyunca daha sağlam bir fərd olmasına fayda verir.

MÜTLƏQ EDƏCƏKLƏRİMİZ

1. Onu sevin. Öpərək, başını oxşayaraq, sevdiyinizi söyləyərək sevginizi göstərin. Ərköyünləşdirmək ilə sevmək arasında əhəmiyyətli bir fərq vardır. Uşağınızı çox sevdiyinizi göstərmək onu ərköyün etməz.

Araşdırmalara görə, hər gün sevgi görən uşaqlar daha az stress hormonu ifraz edir və narahat olduqlarında, stress reaksiyaları ilə daha asan mübarizə apara bilirlər.

2. Tez-tez qucaqlayın. Toxunmanın yalnız ruh sağlamlığı üçün deyil, beynin inkişafı üçün də çox faydalı olduğu isbat edilmişdir.

3. Onu bütün diqqətinizlə, sözünü kəsmədən, mühakimə etmədən dinləyin.

4. Səbirli olun.

5. İstəkləri və ehtiyacları arasındakı fərqi bilin. Hər istədiyini yerinə yetirmək doğru deyil.

6. Ona şəfqət göstərin.

7. Səhvlərinə qarşı mülayim olun.

8. Ona məsuliyyət daşıyacağı işlər verin. Özlərini işə yarayan hiss edəcəklər.

9. Yoldaşlarını tanıyın.

10. Hobbi sahibi olmasını təmin edin.

11. Müstəqilliyə təşviq edin.

12. Verdiyiniz sözləri yerinə yetirin, edə bilməyəcəyiniz sözlər verməyin. Beləliklə, sizə güvənə biləcəyini öyrənər.

13. Onlara örnək olun.

Hörmətli və nəzakətli olmalarını istəyirsinizsə, siz də elə davranın.

14. Qorxduqlarınızla və qayğılarınızla mübarizə aparmağı öyrənin ki, uşaqlarınız sizin qorxduqlarınızı öyrənməsin.

15. Özünü ifadə etməsi üçün dəstəkləyin. Passiv və ya aqressiv olmadan ehtiyaclarını və istəklərini söyləyə bilməsi üçün kömək edin. Özlərini ifadə etmələrinə icazə verin.

16. Müsbətə yönəlin. Müvəffəqiyyətlərini, müsbət davranışlarını görün ki, yalnız mənfi davranışlar etdiyində diqqətinizi çəkdiyini zənn etməsin. Davam etməsini istədiyiniz davranışlara daha çox maraq göstərin.

17. İntizamlı olmağı öyrədin. Davranışlarını mümkün olduqca müsbət intizamla şəkilləndirin. Cəza üsulundan çox mükafatlandırmağa üstünlük verin.

Cəzalandırılmış uşaqlar, cəsarəti qırılmış uşaqlardır. Cəsarəti qırılan uşaqlar daha çox səhv davranışa yönələrlər.

18. Həyatınızda prinsiplər olsun və bu qaydalara ailə ilə riayət edin. Qaydaları olan ailələr daha dinc və problemləri daha az olan ailələrdir.

19. Böyüməsi və inkişafı üçün lazımlı şəraiti və dəstəyi verin. Yıxılarkən hər zaman onu tutacaq bir ana-ata olduğunuzu hiss etdirin.

QƏTİYYƏN ETMƏYƏCƏKLƏRİMİZ

1. Uşağınızdan küsməyin.

2. Ona yalan danışmayın.

3. Onu əsla vurmayın. Fiziki şiddətin işə yaramadığı, əksinə zərər verdiyi artıq bir çox araşdırmadan sonra isbat edildi.

4. Onu alçaltmayın.

5. Sevginizdən məhrum etməklə təhdid etməyin.

6. Səhvlərinə şişirdilmiş reaksiyalar verməyin. Səhv etsə belə ona dəstək olmağa davam edin ki, səhvlərini düzəltmək üçün motivasiyası olsun.

7. Hər etdiyini tənqid etməyin, mükəmməl olmasını gözləməyin. Unutmayın, mükəmməllik arxasında qaçan kəslər hər vaxt özlərini məğlub və əksik hiss edərlər.

8. Xasiyyətini və ya davranışını etiketləməyin: “Çox utancaqdır”, “Çox yaramazdır”, “Çox bacarıqlıdır” kimi. Etiketlər əşyalar üçündür, çünki əşyanın başqa bir şey olmaq şansı yoxdur. Halbuki, insanların dəyişmə, inkişaf, böyümə, yaxşılaşma xüsusiyyətləri vardır.

9. Ona lağ etməyin, ələ salmayın, səhvlərinə gülməyin.

10. Səhv etdiyinizin fərqinə vardığınızda doğru olduğunuzu isbat etməyə çalışmayın, lazım olsa, səhv etdiyinizi qəbul edin.

11. Hər işini siz etməyin, problemlərini hər zaman siz həll etməyin, yoxsa özünü idarə edə bilən bir yetkin ola bilməz.

12. Sizə hörmətsizlik etməsinə icazə verməyin. Münasibətinizdə mütləq sərhədləriniz olsun. Onun yaşıdı olmadığınızı başa salın. Yaşıd və ana-ata arasındakı fərqi bilsin.

13. Şəxsi həyatınızı onunla danışmayın, o sizin ən yaxşı yoldaşınız deyil. Yoldaşınızla, ailənin digər fərdləriylə, dostlarınızla və ya işinizdə yaşadığınız çətinlikləri onunla paylaşmayın. Bu onun üçün yaşına uyğun olmayan bir yük ola bilər.

14. Heç bir zaman yoldaşınızla uşağınızın arasına girməyin. Onu qorumayın. Yoldaşınızın səhv bir davranışını onun yanında düzəltməyin. Yoldaşınızı onun yanında alçaltmayın. Qoyun məsələlərini özləri həll etsin.

15. Həyatınızın nə qədər çətin olduğu mövzusunda uşağınıza davamlı şikayət etməyin. Dəstəyə ehtiyacınız varsa, ev içindəki məsuliyyətlərini ona anladın və yerinə yetirməsini təmin edin. Şikayət edərək onun özbaşına sizə köməkçi olmasını gözləməyin.

16. Onunla mübahisə etməyin. O sizinlə mübahisə etməyə çalışsa belə buna icazə verməyin.

17. Onunla inadlaşmayın.

18. Duyğularına, şikayətlərinə etinasız qalmayın, “Bir şey olmaz”, “Bunda kədərlənəcək bir şey yoxdur”, “Çox şişirdirsən” kimi cümlələr, onun özünü etibarla ifadə etməsinə mane olar.

19. Hər şeyə “Xeyr” deməyin. “Xeyr” deyəcəyiniz mövzularda heç bir zaman fikir dəyişdirməyəcəyinizə əmin olduqdan sonra “Xeyr” deyin.

20. Səhv etdiyində onunla uzun-uzun danışıqlar aparmaqdan qaçının. Bir müddət sonra sizi dinləmək istəməyəcək.

Mənbə:bizimaile.az

Read Previous

Kərbəlanı Xatırladım, İçim Yandı, Qovruldu…

Read Next

Xeyrirli övlad yetişdirmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.