Rus Yuliya Kuxerova eyni oteldə işləyən Cihan Tokgöz ilə 3 il bundan əvvəl evlənib. Minber.az “Doğan” (DHA) agentliyinə istinadən xəbər verir ki, cütük Şanlıurfaya gəzməyə gedərkən Yuliya həmən şəhərdə müslüman olub. Gəzmək üçün Şanlıurfaya gedən Yuliya şəhərdə müqəddəsliyinə inanılan Balkıkləgöldə gəzərkən mənəviyyat təsiri altında qalaraq həyat yoldaşına mülüman olmaq istədyini bildirib. Bu təklifi müsbət qarşılayan Tokgöz həyat yoldaşını Şanlıurfa müftiliyinə aparıb. Burda Yuliya kəlməyi şəhadət gətirərək müsəlman olub. Cihan Tokgöz həyat yoldaşının müsəlman olmasına sevindiyini deyib. “Biz Şanlıurfaya gəzməyə gəlmişdik. Həyat yoldaşımın hər zaman İslam dininə marağı vardı. Onun bu istəyi bizi çox sevindirdi. Artıq ona Hülya deyə müraciət edəcəyəm”.
Mənbə: Minber AZ