• 25 Dekabr 2024

Zəkat verməyənlərin axirətdəki aqibəti

zekat_vermeyen_akibetiƏbu Hureyrə (radıyallahu anh) Rəsulullah (sallallahu əleyhi və səlləm)-in belə buyurduğunu rəvayət etmişdir: “Sahibi tərəfindən zəkat haqqı verilməyən dəvə, qiyamət günündə güclü qüvvətli olduğu halda sahibinin yanına gələrək ona musallat olub ayaqları ilə sahibini əzişdirəcəkdir. Zəkatı verilməyən mal-qara da çox kök və qüvvətli olaraq sahibinin yanına gələrək dırnaqları ilə onu tapdalayar, buynuzları ilə də vurar. ”
Rəsuli-i Əkrəm -sallallahu əleyhi və səlləm- davamla buyurdu ki: Bu heyvanların haqqlarından biri də su başında südlərinin sağılması kasıb və yolçulara sədəqə edilməsidir. Bu da bir haqqdır. “Rəsuli Əkrəm (sallallahu əleyhi və səlləm) yenə davamla buyurdu ki:
“Əsla sizdən heç biriniz qiyamət günündə çiynində zəkatını vermədiyi qoyunu yüklənib avaz avaz qışqıraraq və:” Ya Məhəmməd!” deyə imdad edərək mənim yanıma gəlməsin! Mən ona “Allahın hökmünün sənin üçün bir zərrəsini dəyişdirməyə malik və qadir deyiləm.” Deyə cavab verərəm. Yenə sizdən heç birinizin çiynində zəkatını vermədiyi dəvəsi yüklü halda qışqıra-qışqıra və “Ya Məhəmməd!” Deyə imdad edərək mənim yanıma gəlməsin. Mən buna da “Allahın hökmünün bir zərrəsini sənin üçün dəyişdirməyə qadir deyiləm, sənə dünyada ikən Allahın hökmünü təbliğ etdim.” Deyə cavab verərəm.” Buyurmuşdur. (Buxari)
Buna görə də zəkatını verməyən zənginlər qiyamət günündə peyğəmbər əfəndimizin şəfaətinə müraciət etdiklərində buyuracaq ki:
“Mən sizə Allahın hökmünü təbliğ etdim. İndi sizin əzabınızı yüngülləşdirməyə gücüm çatmaz.”
Yenə Əbu Hurəyrə (radıyallahu anh)-dan rəvayətlə Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki: “Kim ki, Allahın ona verdiyi malın zəkatını verməzsə qiyamət günündə zəkatı verilməyən mal, sahibi üçün zəhərli erkək bir ilan surətinə qoyulur . Həmin ilanın iki gözü üstündə vəhşilik nişanəsi olaraq qorxunc iki nöqtə vardır. Bu azğın ilan, sahibinin boynuna boyunbağı edilər. Sonra ilan ağzı ilə sahibinin çənəsinin iki tərəfindən tutar. Sonra, mən sənin dünyada çox sevdiyin malınam. Mən sənin xəzinənəm, deyər. Bəli, zəkatını verməyənlər məhşərdə belə əzab görərlər.”
Yenə Əbu Hurəyrə (radıyallahu anh) deyir ki: Bundan sonra Rəsuli Əkrəm (sallallahu aleyhi və səlləm), bu ayəni oxudu:
“Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!” (Əli-İmran-180)
Həmçinin: “Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar.” (Məhəmməd-38) buyurulmuşdur.
Əsma binti Əbi Bəkir (radıyallahu anha)-dan Nəbi Səllallahu Aleyhi və Səlləm belə buyurdu dediyi rəvayət edilmişdir:
“Ey Əsma! kisənin ağzını sıxma! Allah da sənin nəsibini qoruyub saxlayar.” Bir rəvayətdə:” Malını sayıb saxlama ki, Allah da sənə nemətlərini sayıb əsirgməsin.” Bir rəvayətdə: “Əsla kisədə pul saxlama. Sonra Allah da sənə səndən saxlayar. Ey Əsma gücün çatdığı qədər az olsa da sədəqə ver.” Buyurmuşdur.

Mənbə:islamveihsan.com

Read Previous

Ramazanı necə keçirək? (video)

Read Next

Bu dünyaya nə üçün gəldin???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.