• 22 Dekabr 2024

Zəkat verməyin 6 mühim faydası

zekatin_hikmetiAllahu təala buyurur:

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!”(Bəqərə, 110)

Rəsulullah (sav) əfəndimiz buyurdu:

“İslam dini beş əsas üzərində qurulmuşdur: Allahdan başqa heç bir tanrı olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, həccə getmək və ramazan orucunu tutmaq.” (Buxari, İman 1, 2; Təfsiri surə (2), 30)

ZƏKAT verməyin 6 hikməti.

1) Zəkat varlı ilə yoxsulu bir-birinə yaxınlaşdırır, zəngin kömək etmənin sevincini yaşayarkən, yoxsul da zənginə qarşı sevgi və hörmət duyar. Qısqanclıqlar ortadan qaldırılar.

2) Zəkat, çalışmaqdan aciz olanlara normal bir həyat sürmə imkanı verir. Cəmiyyəti yoxsulluqdan, dövləti zəiflikdən qoruyur. Allahın Rəsulu(səv) belə buyurmuşdur: “Qiyamət günü yoxsullar səbəbiylə vay zənginlərin halına! Yoxsullar belə deyəcəklər: Ey Rəbbimiz! Sənin bizə ayırdığın haqları verməmək surətiylə zənginlər  bizə haqsızlıq etdilər. Allah Təala belə buyuracaq: “İzzət və cəlalımın haqqı üçün, sizi özümə yaxınlaşdıracağam, onları isə uzaqlaşdıracağam”

Bundan sonra Hz. Peyğəmbər (səv): “Zənginlərin mallarında, dilənən, məhrum olanlar üçün müəyyən bir haqq vardır” ayəsini oxumuşdur. (Heysəmi, Məcmauz-Zəvaid, III, 62; əl-Məaric, 70/24)

3) Zəkat, insanı xəsislikdən qoruyub, comərd və əli açıq edər, qayğıkeşlik duyğularını gücləndirər.

Sərvətinin bir hissəsini sırf Allah rizası üçün yoxsul dindaşlarına verən və buna qarşılıq onlardan bir şey gözləməyən kimsə, davamlı olaraq cəmiyyətin xeyrini öz xeyrinin üzərində tutma vərdişini qazanmış olur.

4) Zəkat malın bir şükrüdür və Allah Təalanın qəzəbini söndürər. Gerçəkdə malı azaltmaz, bərəkətləndirər və artırar. Quran-ı Kərimdə; “Əgər siz şükür etsəniz, mütləq verdiyim nemətləri artıraram” (İbrahim, 7) buyurulur. Malın zəkatını vermək, baharda üzüm bağlarından, artıq budaqları budamağa bənzər. Bunlar budanmazsa həmin ağac inkişaf edə bilməz, salxımlar zəif və məhsulsuz qalar. Zəkatı verilməyən sərvətin vəziyyəti də bunun kimidir.

5) İnsan ictimai bir varlıqdır. Cəmiyyətdən uzaq qalaraq tək başına həyatını davam etdirməyə çalışan insan yaradılışı ilə ziddiyyət təşkil edər. Digər tərəfdən cəmiyyət bir bütündür. Hər kəs gəlir və qazanc əldə etmədə bir-birindən yararlanır. Buna görə də meydana gələn sərvətlərdə, başqalarının da haqqı var.

Zənginin sərvətinin meydana gəlməsində, içində yaşadığı cəmiyyətin rolunu kim inkar edə bilər? Belə bir cəmiyyətdə deyil də, dağın başında tək başına yaşasaydı bu sərvət meydana gələ bilərdimi? Deməli bütün nemətləri verən Allaha şükür etməklə bərabər, yaşadığı cəmiyyətə təşəkkür borcu da unudulmamalıdır.

6) İnsanın mayası torpaq olduğundan, torpağın suyu yığıb saxlaması kimi insan da da mal yığıb saxlamaq xüsusiyyəti vardır. Torpağın aldığı rütubətlə bitki yetişdirməsi kimi, insanın da başqalarına vermək surətiylə, xəsislik duyğuları azalır. Buna görə də zəkat, ən az alan qədər, verən üçün də faydalıdır. (Prof. Dr. Həmdi Çevirən, Delilleriyle İslam Elmihalı, Erkam Yay.)

Mənbə:

islamveihsan.com

Read Previous

Allahın qiyamət günü danışdırmayacağı üç insan

Read Next

Azərbaycanda halal qidaların siyahısı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.