• 26 Dekabr 2024

ZƏKATLAR MİLLİ HƏMRƏYLİK VƏ YARDIMLAŞMA KAMPANYALARINA VERƏLƏ BİLƏR Mİ?

Türkiyə Respublikası Diyanət İşləri Başqanlığından gələn bir açıqlama:

“Zəkatların bu çətin günlərdə ölkə səviyyəsində başladılan yardım kampanyaları vasitəsiylə toplanılıb ehtiyac sahiplərinə çatdırılması caizdir.”

Diyanət İşləri Başqanlığı, Covid-19 epidemiyası səbəbiylə elan edilən milli həmrəylik və yardımlaşma kampaniyalarına, Zəkatların bu kampanyalara vermək xüsusunda vətəndaşlardan gələn suallarla əlaqədar bir açıqlama verdi. Diyanət tərəfindən verilən açıqlamada bu ifadələr yer alır:

Belə çətin günlərdə bu növ yardım kampanyalarına Zəkatların verilməsi Caizdir”

“Zəkat İslam dininin ən vacib sosial həmrəylik və yardımlaşma müəssəsələrindən biridir. Bu qurum xüsusilə çətin günlərdə daha çox əhəmiyyət kəsb edir. Yaşadığımız qlobal epidemiya səbəbindən bir çox insan evdə qalma zərurətindən işlərini davam etdirə bilməməkdə və zəkat alacaq səviyyəyə gəlirlər.

Zəkat, şərtlərini daşıyan müsəlmanların ildə bir dəfə verməklə məsul olduqları maddi bir ibadət olub keçərli olması bir sıra şərtlərlə bağlanmışdır. Verilən zəkatın keçərli olması üçün, zəkat niyyəti ilə Quranda təyin olunan yoxsullar, kasıblar və borclular kimi ehtiyacı olanlara qida və ya nağd şəkildə verilməlidir.[1]

Zəkat yuxarıda təyin olunan şəxslərə birbaşa verilə biləcəyi kimi bəzi qurum və təşkilatlar vasitəsiylə vəkalətən də verələ bilər. Açılan zəkat hesabına zəkat niyyəti ilə pul qoymaqla vəkalət gerçəkləşmiş olar. Bu çərçivədə zəkatların, milli səviyyədə başladılan həmrəylik və yardımlaşma kampaniyaları vasitəsi ilə toplanaraq haqq sahiblərinə verilməsi caizdir. Burada diqqət edilməsi gərəkən məqam budur ki, bu cür kampaniyalara pul qoyan şəxsin qoyulan məbləğin zəkat olduğunu bildirməli, və səlahiyyətli, şəxslərin də zəkat fondunda toplanan bu vəsaitlərin ehtiyac sahiblərinə çatdırılmasında lazımi həssaslığı və diqqəti göstərməsidir.

Bölüşmək və paylaşmaq şüuru möminin ən vacib xüsusiyyətlərindən biridir. Belə çətin günlərdə imkanı olan mömin qardaşlarımız, yalnız zəkat verməklə kifayətlənməməli, sədəqə və paylaşmaq anlayışıyla hərəkət edərək Uca Alahın ona lütf etdiyi malını başqalarıyla comərtcə paylaşması, qardaşlıq və həmrəylik ruhunu gücləndirərək sıxıntıları xəfiflətəcək, bəla və müsibətlərin ortadan qalxmasına vəsilə olacaq, malını bərəkətləndirəcək, nəfsini təmizləyib saflaşdıracaq və qəlbini sükunətlə dolduracaqdır. “


[1] Tövbə, 9/60

Mənbə: Haber7

Read Previous

Dərd və Bəlaların Səbəbi Nədir?

Read Next

Ərəb dili dərsləri – dördüncü dərs (1)