• 23 Dekabr 2024

Dərd və Bəlaların Səbəbi Nədir?

Çox vaxt belə bir sualla qarşılaşırıq. Niyə dərdlər və bəlalar müsəlmanların başına gəlir? Halallıqla yaşayan insan kasıblıq çəkdiyi halda, necə olur ki, harama meyil edən insan firavan həyat sürür?

Təbii ki, hər kəs bu kimi suallara müxtəlif şəkildə cavab verir. Kimisi bunun Allahın təqdiri olduğunu söyləyir, kimisi dərd və bəlanın səbir edib cənnəti qazanması üçün fəqirə verildiyini, haram yeyən insanın onsuz da bu dünyada cənnətdəymiş kimi həyat sürdüyünü və.s deyir.

Gəlin görək böyük alim və zahid İmam Rəbbani  bu kimi suallara necə cavab verir.

İmam Rəbbani həzrətləri deyir: “Dünya kef-damaq yeri deyil. Bunun üçün Allah-Təala axirəti yaratdı. Dünya ilə axirət bir-birinin ziddi və əksidir. Birini sevdirmək o birinin qısqanmasına səbəb olur. Yəni birində zövq axtarmaq o birisində əzab çəkməyə səbəb olur. O halda dünyada nemətləri, ləzzətləri çox olanlar bunlara lazımi qədər şükür etməzlərsə, axirətdə çox acı çəkəcəklər. Bunun kimi dünyada haram təhlükəsindən əl çəkib nəfsini qoruyan və çox fəqirlik, dərd və bəla görən insan isə axirətdə sayısız ləzzətə qovuşacaq. Dünyanın ömrü axirətin yanında, dənizdən bir damla qədər deyil. Sonu olan sonsuzluq ilə ölçülə bilərmi? Bunun üçün Allah öz dostlarına mərhəmət edərək, sonsuz nemətlərə qovuşmaları üçün dünyada bir neçə gün sıxıntı çəkdirir. Düşmənlərinə isə bir az ləzzət verməklə, çox əziyyət çəkmələrini istəyir.”

Yenə bir gün ondan soruşdular: Allah hər şeyə qadirdir. Peyğəmbərlərinə, dostlarına, möminlərə həm bu dünyada, həm də axirətdə nemətlər versəydi və bu dünyada verdiyi zövqlər axirətdə əzaba çevrilməsəydi olmazdımı?

İmam belə cavab verdi: “Bu sualın bir neçə cavabı var. Onlardan bəzisi belədir:

1-Dünyada bir müddət dərd-bəla çıkməsəydilər cənnət nemətlırinin qiymətini bilməzdilər. Ac qalmayan yeməyin ləzzətini anlamaz. Acı çəkməyən rahatlığın qiymətini bilməz. Bu dərd və bəlalar əslində bir nemət olub, cahil xalqı imtahan üçündür. Böyük insanlara verilən nemətlər cahillərə əziyyət kimi göstərilməkdədir. Başqa insanlara dərd kimi göstərilənlər dostlar üçün nemətdir.

2- Bəlalar, sıxıntılar, cahil üçün sıxıntı olsa da, möminlərə sevdiklərindən gələn hər şey, şirin olar. Onlar bəlanı nemətdən daha çox sevər. Bunların dünyadan aldıqları ləzzət bəlalardan, müsibətlərdən gəlir. Dünya dərd və bəla olmasaydı, bunların gözündə, dünyanın heç bir dəyəri olmazdı. Allah dostları dünyada da, axirətdə də xoşbəxtdirlər. Dərdlərdən aldıqları ləzzətlər axirət ləzzətlərinin azalmasına səbəb olmaz. Başqaları nemət gələndə sevinir, dərd gələndə üzülür. Bu böyüklər nemətdə də dərddə də sevinirlər.

3- Bu dünya imtahan yeridir. Burada haqq ilə batil, haqlı ilə haqsız qarışıqdır. Burada Allah- Təala doatlarına sıxıntılar, bəlalar verməsəydi, yalnız düşmənlərini bəlaya məruz qoysaydı, dost düşməndən ayrılar və aşkar olardı. İmtihanın faydası qalmazdı. Halbuki geybə iman etmək  varcibdir. Dostlarını bəla içində göstərərək düşmənlərinin gözündən gizlətdi.

Dərdlərin və bəlaların gılməsinə bir səbəb də günahlardır. Hər bir müsəlman günah edə bilər. Fəqət dərd-bəla günahların kəffarəsinə səbəb olur. O halda, dostlara bəlalar, sıxıntılar çox gələrsə, günahları da azalar. (Amma tövbə-istiğfar edəndə də günahlar əfv olunur. Dərd və bəla gəlməsinə ehtiyac qalmaz. Bunun üçün də çox tövbə və istiğfar etməliyik) Deməli, dostlara gələn dərdlərin, bəlaların, çox olması günahlarının çox olduğunu göstərmir, günahların çox bağışlandığını göstərir.

Bu gün olduğu kimi Peyğəmbərimiz (s.ə.s) – in zamanında da bəzi cahillər “Bu necə peyğəmbərdir. Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?”[1] deyirdilər.

Belə sözlər axirət həyatına inanmayanların sözləridir. Cənnət nemətlərinin, cəhənnəm əzablarının sonsuz olduğunu bilən kimsə, dünyanın bir neçə günlük bəlalarına, sıxıntılarına heç əhəmiyyət verərmi? Bu dərdlərin sonsuz səadətə səbəb olacağını düşünərək, bunları nemət olaraq qarşılayar. Bəlalar, sıxıntılar, sevginin, şahidləridir. Axmaqlar bunları anlamaqda çətinlik çəkərlər.

Bəla gəlməsinin bir səbəbi də, dürüst aşiqləri dost görsənən yalançılardan ayırmaq üçündür. Məhəbbətin ləzzətini dadmış bir şəxs həqiqi qəm-qüssə bilməz. Qəm-qüssəsi görünüşdədir.

Eyni zamanda dünya bir anlıq yuxu kimidir. Yuxuda çox şeylərə sahib olsaq, oyananda əlimizə bir şey keçməsə nə qiyməti olar? Bizə yuxuda azacıq sıxıntı çəksən, oyananda ömür boyu rahat olacaqsan deyilsə, bir anlıq dərdə sevərək qatlanmarıqmı? Həqiqətən də şirin nemətlər acı dərmanlarla əhatə olunmuşdur.

Həzrət Ömər buyurur:

Mənə bir bəla gələrsə, üç səbəbdən sevinərəm:

1- Bəlanı Allah göndərmişdir. Sevdiyimdən gəldiyi üçün şirin olar.

2- Allaha bundan daha böyük bir bəla göndərmədiyi üçün şükür edərəm.

3- Allah Təala insanlara boş yerə, faydasız bir şey gömdərməz. Bir bəlanın əvəzində, axitdə çox nemətlər bəxş edər. Dünya bəlaları az, axirətin nemətləri isə sonsuz olduğundan, gələn bəlalara sevinərəm


[1] əl- Furqan, 7

Read Previous

Ruzi üçün çalışmaq

Read Next

ZƏKATLAR MİLLİ HƏMRƏYLİK VƏ YARDIMLAŞMA KAMPANYALARINA VERƏLƏ BİLƏR Mİ?