• 19 Mart 2024

20 İLİN KEŞİŞİ MÜSƏLMAN OLDU, ÖLKƏ QARIŞDI

kesis-muselman-olduBolqarıstanda 20 il kilsədə keşiş olan şəxs İslamı qəbul etdikdə ölkədə böhran yarandı. Vidində pravoslavlarla müsəlmanların 2 əsrdən bəri keçirdiyi ortaq “Aşura günü” tədbirləri ləğv edildi, ölkədə qarışıqlıq yarandı.

Bolqarıstanda İslamı qəbul edən keşiş, müsəlmanlarla provaslav xristianlar arasında 200 ildən bəri davam edən ortaq “Aşura günü” tədbirlərinə zərbə vurdu.

Sofiyada yerləşən “Sveti İvan Rilski” rahib məktəbində bugünkü Plovdiv metropoliti Nikolayla bir sinifdə oxuyan Atanas Mixaylov, Sofiyada 20 il keşiş və kilsə nümayəndəsi oldu. Bir müddət əvvəl dini işlərdən uzaqlaşan Mixaylov, dinini dəyişdirərək İslamı qəbul etdi.

Sofiya müftisi Mustafa İzbiştali, 27 noyabrda Sofiyanın “Banya Başı” məscidində əsr namazından sonra Atanas Mixaylovun Abdullah adını götürərək İslamı seçdiyini bildirdi.

Abdullah adını alan Mixaylov, dedi: “Elm və həqiqət axtaran şəxs idim. Bu axtarış məni İslam dinini qəbul etməyə apardı.”

Din dəyişdirən keşişə İslamı qəbul etməsilə bağlı şəhadətnamə təqdim edən müfti, bu fotoşəkli müftiliyin internet səhifəsində nümayiş etdirdi və “Keşiş İslamı qəbul etdi. Ey Rəbbim, bizə doğru yolu göstərən rəhbərliyin üçün Sənə dua edirik. Bizi azmışların yoluna düşməkdən qoru” fikirlərini bildirdikdə ölkə qarışıqlıq yarandı.

Müfti geri addım atsa da…

Bolqar provaslav kilsəsi, Mixaylovun Bolqar kilsəsilə əlaqələrini kəsdiyini bildirərək müftiliyin bəyanatının həqiqi olmadığını və xristianlara qarşı təhqirə yol verildiyini elan etdi.

Bolqar mətbuatı da, keşişin müsəlman birini sevdiyinə görə dinini dəyişdirdiyini bildirdi. Etirazlar səbəbilə müftiliyin internet səhifəsindəki bəyanatın başlığı “Keçmiş keşiş müsəlman oldu” şəklində dəyişdirildi, Qurandan sitat gətirilən ayə də mətndən çıxarıldı.

Lakin müftinin bu hərəkəti də etirazları azaltmadı. “Aşura günü”ndə böhran daha da kəskinləşdi. Ölkənin şimalındakı Vidin şəhərində olan Mehmet Pazvantoğlu məscidində 200 ildən bəri müsəlmanlarla provaslav xristianlar birlikdə “Aşura günü” tədbirləri keçirirdilər.

Lakin Vidin Yepiskopluğu, İslamı qəbul edən keşişə görə ötən gün keçirilən “Aşura günü” təbirlərində iştirak etməmək qərarına gəldi. İnternet səhifəsindən bəyanat verən Vidin yepiskopu Sioniy dedi: “Vidin xristianları kimi indiyə qədər İslam inancına sevgiylə yanaşdıq. “Aşura günü” tədbirlərində iştirakımız da bunun bir göstəricisi idi. Lakin son baş verən hadisələrə görə şəhərdə yaşayan bütün xristian provaslavları “Aşura günü” təbirlərində iştirak etməməyə çağrırırıq.”

MƏNBƏ:

DİN.AZ

Read Previous

İSLAMI QƏBUL EDƏN İNGİLİS “HİCAB HƏYATIMI DƏYİŞDİ” DEDİ

Read Next

KEŞİŞ KİMİ GETDİ MÜSƏLMAN KİMİ QAYITDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.