• 29 Mart 2024

2015-ci il Həcc ziyarəti ilə bağlı açıqlama

kabeAzərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc Missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır (Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7. QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsi, tel. 492-88-48, 437-15-71).
Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialındakı  (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev, 3) manat hesabına  ödənilir. Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilmişdir (mehmanxana, habelə  ziyarət zamanı xidmət şərtlərindən  asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları).  Zəvvarlar  xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməldirlər.
Ziyarətə getmək istəyənlər aşagıdakı sənədləri təqdim etməlidirlər – Biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış.
Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyildir. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmamazlıqlara görə QMİ məsuliyyət daşımır.
Həcc ziyarətinin təşkili ilə bağlı əlavə məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.

QMİ-nin Mətbuat Xidməti

Read Previous

Ailədə xoşbəxt olmağın yolu xoşbəxt etməkdən keçir

Read Next

Peyğəmbər əfəndimiz (səv)-in Əbu Hureyrə (ra)-a vəsiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.