• 23 Aprel 2019

Müsəlmanın evinin qayda qanunları

evlerimizMüsəlman hara gedərsə əqidəsini də özü ilə aparmalıdır. Əqidəmizin çəkdiyi xəttləri məsciddə qoruduğumuz qədər evlərimizdə və iş yerlərimiz də qoruyacağıq. Qətiliklə bizim evimiz əqidəmizi əks etdirir. Divarlarımız, hamamımız və hər şeyimiz fərqlidir. Əgər, başqalarına bənzədiyimiz bir nöqtə varsa, o, bizim imtiyazlı olmamızı tələb edən nöqtə olduğu üçün elədir. Hər nə qədər evin sənədi bizim üzərimizdə və ya kirayəsini biz verir isək də evlərimizin və evlərimizdə yaşayanlatın əmanətçisi olduğumuzu unutmamalıyıq. Evlərimizdə qısaca olaraq bu xüsuslara diqqət etməliyik:
– Evlərimizə girişlər, evlərimizə qonanq gəlmələr məhrəmiyyət əsası üzərində olmalıdır. Evdə kişi yox ikən, kim olursa olsun naməhrəm biri evə girməməlidir. Evlərdə təşkil olunan məclislərdə qətiliklə qadınlar ayrı, kişilər ayrı oturmalıdırlar. Evlərimizin quruluşu bu xüsusa diqqət edilərək yaradılmalıdır. Qarışıq məclislərin xüsusilə qadınlar baxımından meydana gətirəcəyi təhlükələrə diqqət edilməsi şərtdir. İnsanların ‘yaxşı niyyət və güvən’ pərdəsinə söykənmələri səhvdir.
– Müdhiş bir fitnə olaraq televizor və kompüterə qarşı həssas olmaq lazımdır. Hər iki cihazın da tamamilə atılması bir çarə olmaya bilər. Ailə böyükləri ittifaq edərək meydana gətirəcəkləri bir davranışla bu iki fitnəyə qarşı yaxşı bir hədəf bildirməlidirlər. Bu iki fitnəyə telefonu da daxil etməmiz mümkündür.
– Evdə namazı gecikdirməyə səbəb olan nə varsa ona qarşı lazımi tədbir alınmalıdır. Kafirlərin əqidəsini, onlara aid mədəniyyəti əks etdirən şeylər də evlərimizdə olmamalıdır.
– Canlı bir rəsmi evlərimizin divarlarından asmamalıyıq.
– Siqaret və kola kimi bizə aid olmayan hətta bizi əritmək üçün şeytanın içimizdə yaydığı təhlükəli şeylərə qarşı hər zaman həssas olmalıyıq.
– Evlərimizdə zərurət xaricində it bəslənməməliyik.
– Evlərimizin muzeyə çevrilməsi təhlükəlidir. Anormal bəzəmələr, lazımlı gərəksiz əşya, lüks suvenirlər, dünyaya meyli təmsil etdiyi üçün təhlükəlidir. Divardan divara dünyaya meyli əks etdirən görüntü, səhər namazına mane olan düşüncəni inkişaf etdirər. Diqqətli olmaq şərtdir.

Mənbə:gencdoku.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 54 dəfə.

calal calalov

Read Previous

Fluoride və zərərləri (hiss etdirmədən zəhərləyirlər)

Read Next

Müəllimlərə tövsiyələr

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir