• 19 Aprel 2024

Artıq çox gecdir

Gözəl güllərin açdığı bir yaz gününün axşamı idi, artıq hava qaralmışdı. Tahir ən yaxın dostunun ad günündən qayıdırdı. Evə çatmazdan əvvəl içkili olduğunu və atasının onu gördükdə çox əsəbləşəcəyini bir anlıq düşündü. Səhhətində problem olan atası əsəbləşsəydi əgər onu heç vaxt bağışlamayacağını, səhhətindəki problemlərin artacağını bilirdi. Atasının onu görməməsi üçün nə edəcəyini düşünürdü və birdən yaxınlıqdakı məsciddə əzan oxunmağa başladı. Atası bütün vaxt namazlarını məsciddə qılırdı. Atası qapıdan çıxar-çıxmaz kənarda gizləndi və onun məscidə böyük bir həyəcanla getdiyini gördü. Qapıdan içəri daxil oldu və səssizcə otağına getdi. Otağa girib çarpayıya uzandıqdan sonra düşünməyə başladı.

Uşaq ikən atasının onu məscidə aparmasını, Quranı oxumağı öyrənməsini, əvvəllər qıldığı namazları… İçki içdiyi halda bir əzan oxunuşu onu atasını itirməkdən qurtarmışdı və bircə əzanla belə bir şey olmuşdursa həmdə içkili olduğu halda Allah üçün ibadətləri yerinə yetirməsinin ona qazandıracağı cənnəti düşündü. Sonda tövbə etməyi qərara aldı ancaq səhər dostları ilə bir toy məclisinə gedəcəkdi. Orada da son dəfə içki içəcək ondan sonra tövbə edəcəkdi.

Yuxuya getdi və səhər dostlarının etdiyi zənglərin səsi atasını otağa gətirdi. Oğlunu səslədi, o artıq vəfat etmişdi bunu hiss edən atası göz yaşlarını saxlaya bilməyərək

“kimsəni sürükləyərək cənnətə aparmaq olmur oğlum, gərək özün yeriyərək gedəsən”

dedi və oğlunun açıq qalmış gözlərini bağladı.

Tövbəni sabaha saxlama. Sabah olar sən olmazsan.

Read Previous

Küsməyək

Read Next

Qonşumuz İftar Etdimi?