• 19 Sentyabr 2020

AZƏRBAYCANDA AVQUSTUN 21-DƏ MƏHƏRRƏM AYI BAŞLAYACAQ

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

Onun sözlərinə görə, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: “Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur”.

Apa

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 23 dəfə.

Müşfiq Xəlilov

Read Previous

HƏCC ZİYARƏTİ BAŞA ÇATDI

Read Next

TÜRKİYƏ XİN ERMƏNİSTANIN CAVABINI VERDİ